Ər-Riyad şəhəri

Səudiyyə Ərəbistanından Türkiyə əleyhinə daha bir qalmaqallı addım

86
Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təlimatı ilə Türkiyədən ev alan Səudiyyə vətəndaşlarına evlərini satmalarını istəməsi Türkiyə əmlak bazarında çaşqınlıq yaradıb.

BAKI, 15 oktyabr — Sputnik. Bir neçə gün əvvəl Türkiyə məhsullarına embarqo tətbiq edən Səudiyyə Ərəbistan bu ölkəyə qarşı yeni addım atıb. Sputnik Azərbaycan "Sabah" nəşrinə istinadən xəbər verir ki, rəsmi Ər-Riyad Türkiyədən ev alan Səudiyyə Ərəbistanı vətəndaşlarını izləməyə başlayıb.

Belə ki, Səudiyyə Ərəbistanın Daxili Kəşfiyyat İdarəsi (Mabahith) ölkədən pul transferlərini yaxından araşdırmağa başlayıb. Nəticədə Türkiyəyə 100 min dollardan artıq pul göndərən xeyli sayda Səudiyyə Ərəbistanı vətəndaşını da cərimələyib. Səudiyyə Ərəbistanın Baş Kəşfiyyat İdarəsi də öz növbəsində Türkiyə ilə yaxın münasibətləri olan iş adamlarına bu ticarətdən imtina etmələrinə dair təzyiqlər edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təlimatı ilə Türkiyədən ev alan Səudiyyə vətəndaşlarına evlərini satmalarını istəməsi Türkiyə əmlak bazarında çaşqınlıq yaradıb. Türkiyə Statistika qurumunun məlumatına görə, Səudiyyə Ərəbistanı vətəndaşları İraqdan sonra bu ölkədə ən çox əmlak alan şəxslərdir.

86
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

2
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

2
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Şentop: "Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyik"

5
(Yenilənib 16:32 20.10.2020)
Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib.

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.

Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri, Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söyləyib və beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirib.

Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib.

Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri, məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.

5
Əlaqədar
Əsədovla Şentop görüşdülər: TBMM Ermənistanla bağlı məruzə hazırlayacaq
Şentop: Müharibə cinayətlərinə göz yumanlar ittiham olunacaqlar
Mustafa Şentop Azərbaycana rəsmi səfərə gəlib
Mustafa Şentop: "Türkiyə həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır"
Mustafa Şentop: "Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim"
Mustafa Şentop: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır