Demet Akalın, arxiv şəkli

Kim Kardaşyan Ermənistana dəstək videosundan sonra məşhurların qəzəbinə tuş gəlib

279
(Yenilənib 00:44 15.10.2020)
Türkiyəli aktrisa Dəniz Baysal, müğənni Demet Akalın, Bella və Cici Hadid bacıları bundan sonra Kardaşyanı izləməyəcəklərini açıqladılar.

BAKI, 15 oktyabr — Sputnik. Kim Kardaşyanın sosial mediada Ermənistana dəstək videosundan sonra bir neçə məşhur onu "Instagram"da izləmədən çıxarıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə məşhur müğənni Demet Akalın Kardaşyanı izləməkdən vaz keçib. Demet Akalın bir neçə gün öncə özünün "Instagram" hesabında Azərbaycanı dəstəkləyən afişa paylaşmışdı. Onun "Hər kəs işğalın fərqindədir" yazılı afişasına izləyiciləri tərəfindən böyük dəstək gəlib.

Türkiyəli aktrisa Dəniz Baysal da bununla bağlı paylaşım edərək, Kardaşyanı izləyən məşhurları tənqid etmişdi.

Məşhur müsəlman model bacılar Bella və Cici Hadid də Ermənistana dəstək verdiyi üçün Kim Kardaşyanı "Instagram"da izləmədən çıxarıb.

Qeyd edək ki, Kim Kardaşyan erməni əsilli fotomodel, aktrisa və Amerikanın realiti-şou ulduzudur. Ermənistanın Azərbaycan qarşı müharibəsinə dəstək məqsədilə Hayastan Ümumerməni fonduna 1 milyon dollar köçürüb. Eyni zamanda dünya ulduzlarını Ermənistana dəstək verməyə çağıran paylaşımlar edib.     

279
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusla bağlı rekord: Bir gündə 25-dən çox adam öldü

14
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 80410-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1600 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1222-ə çatıb. Xəstəlikdən sağalanların sayı 51814 nəfər olub. Hazırda bu ölkədə 27027 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

14
Gürcüstanda epidemioloji vəziyyət

Gürcüstanda yeni rekord: Bir gündə 23 nəfər koronavirusdan öldü

13
(Yenilənib 11:56 27.10.2020)
Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.

BAKI, 27 oktyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 1824 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 32127-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 23 nəfər ölüb, 1262 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Bakıda maska taxmış şəxs

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

0
"Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq".

BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemtyası ilə bağlı əhaliyə müraciət edib.

Sputnik Azərbaycan həmin müraciəti təqdim edir:

"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

0