Nişan üzükləri, arxiv şəkli

Türkiyəli müəllim nişan üzüyünü Azərbaycan Ordusuna bağışladı

58
(Yenilənib 00:23 14.10.2020)
Bir müddət sonra səfir ona zəng edib və nişan üzüyünü geri qaytarmaq istədiyini bildirib: "Mən də səfirə bildirdim ki, mən üzüyümü Azərbaycan Ordusuna göndərmişəm, geri götürə bilmərəm".

BAKI, 13 oktyabr — Sputnik. Türkiyəli müəllim Azərbaycana dəstək olmaq məqsədilə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimə yazdığı məktubla birlikdə nişan üzüyünü və Türkiyə bayrağı göndərib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində yaşayan 30 yaşlı müəllim Uhud Polad bu hərəkəti ilə "hər şeyimizlə yanınızdayıq" demək istədiyini bildirib:

"Türkiyənin Azərbaycanın həm yanında, həm də arxasında olduğunu hiss etdirmək məqsədilə bir məktub yazmağa qərar verdik. Və içinə də nişan üzüyümü qoydum."

Uhud Polad özəl bir məktəbdə çalışır. O, Gəncə hadisələrindən çox təsirləndiyini bildirib.

Onun sözlərinə görə, bir müddət sonra səfir ona zəng edib və nişan üzüyünü geri qaytarmaq istədiyini bildirib: "Mən də səfirə bildirdim ki, mən üzüyümü Azərbaycan ordusuna göndərmişəm, geri götürə bilmərəm".

58
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

16
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

16
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

11
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

11