Amerikanın vaksinə pulu çatmayıb?

© AFP 2023 / ANDREW CABALLERO-REYNOLDSВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ vaksin üçün 50, hətta 100 milyard dollar ödəsəydi də bu, heç nəyi dəyişməzdi: bəzi vəzifələr sadəcə yalnız pulun köməyi ilə həll edilə bilməz

BAKI, 12 oktyabr — Sputnik, İrina Alksnis. ABŞ Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (NCSC) direktoru Uilyam Evanina keçən həftəsonu Rusiya, Çin və İranı Amerikanın COVID-19 peyvəndini əldə etmək cəhdlərinə mane olmaqda günahlandırıb.

Amerikalı əks-kəşfiyyatçı açıqlamaları Donald Trampın bəyanatı ilə eyni vaxtda səsləndirib. Belə ki, Tramp ABŞ-da koronavirus peyvəndinin yalnız prezident seçkisindən sonra peyda olacağını etiraf edib.

Lakin o, bunu xarici siyasi rəqiblərin məkrli intriqaları ilə deyil, hansısa daxili siyasi fikir ayrılıqları ilə izah edib.

"İnanıram ki, o, (vaksin – red.) seçkidən əvvəl olmalıdır, lakin burada siyasət müdaxilə edir. Yaxşı. Onlar öz oyunlarını oynamaq istəyirlər. O, seçkidən dərhal sonra olacaq", — Tramp bildirib.

Kompensasiya olaraq prezident xəstəlik zamanı özünün qəbul etdiyi COVID-19 preparatlarını amerikalılara pulsuz təqdim edəcəyini vəd edib. Bu, ABŞ səhiyyə sistemi üçün çox güclü bir təşəbbüsdür. Buna baxmayaraq, Trampın son bəyanatını həqiqətən piar anlamında kompensasiya kimi qəbul etmək lazımdır, çünki hələ seçkidən əvvəl vaksin məsələsi onun seçkiqabağı kampaniyasının mühüm hissəsi olub.

Ağ Ev preparatın hazırlanmasına təxminən 12 milyard dollar vəsait ayırıb ki, bu da müvafiq yerli və xarici təşkilatlar arasında bölüşdürülüb. Məsələn, Amerikanın "Novavax" biotexnologiya şirkəti 1,6 milyard dollar alıb.

Lakin ABŞ administrasiyası – həm də digərləri – əsas ümidlərini "AstraZeneca" Britaniya-İsveç farmakoloji şirkətinin Oksford Universiteti ilə birgə yaratdığı vaksinə bağlamışdı. Lakin elə ən böyük məyusluq da bu şirkətlə bağlı olub, çünki yaradılan preparatın təhlükəsizliyinə dair suallar ortaya çıxıb.

Məlum olduğu kimi, hələ yaydan etibarən ABŞ, Böyük Britaniya və Kanada Moskvanı hazırlanan vaksinlərlə bağlı məlumatların oğurlanması məqsədilə kiberhücumlarda ittiham edib. İndi isə Evaninanın çıxışına əsasən, konsepsiya dəyişib və Rusiyanın aparılan işlərə mane olmaq üçün sabotajı ön plana çıxıb.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
ÜST COVID-19 vaksinin təsdiqlənməsi şərtlərini açıqladı

NCSC direktoru hətta bildirib ki, ümumiyyətlə rusların heç bir vaksini yoxdur. Lakin görünür, Amerika tərəfinin hələ də Rusiyanın ikinci vaksini ("Vektor" mərkəzindən) qeydiyyatdan keçirəcəyinə dair xəbəri yoxdur.

Qlobal peyvənd yarışında qalib gəlmək təkcə Donald Trampın seçkiqabağı kampaniyasının bir hissəsi kimi deyil, həm də Birləşmiş Ştatların dünyada yenilməz hegemonluğunun rəmzi kimi vacib idi.

Maliyyə amili ənənəvi olaraq ABŞ-ın qlobal lider kimi statusunda mühüm rol oynayıb. Vaşinqtonun bütün dünya üzrə şirkətlərə peyvəndin hazırlanması üçün yatırdığı son dərəcə səxavətli maliyyə iki, üç, hətta on dəfə çox ola bilərdi. Amerikalılar həqiqətən də bu məbləği ödəyə bilərdilər.

Lakin bu, bir tərəfdən heyran edici olsa da, digər tərəfdən yalnız uğursuzluğun miqyasını vurğulayır. Çünki bu halda nə 50, nə də hətta 100 milyard dollar heç nəyi dəyişməzdi: bəzi vəzifələr sadəcə yalnız pulun köməyi ilə həll edilə bilməz.

Son illər ABŞ onun dünya dominantlığını təmin edən adi alətlərin artıq işə yaramadığını aşkar edir. Amerikalıların xarici siyasətdəki tərəfdaşları və beynəlxalq təşkilatlar onun nəzarətindən çıxır. Bəzi texnologiyalar effektivliyini itirir.

İndi isə artıq dollar əvvəlki gücünü itirib.

Xəbər lenti
0