Президент Республики Таджикистан Эмомали Рахмон

Emoməli Rəhmon Tacikistanın prezident seçkisində qalib gəlib

20
Tacikistanın hazırkı rəhbəri Emoməli Rahmon prezident seçkisində səslərin 90,92 faizini qazanaraq qalib gəlib.

 

BAKI, 12 oktyabr — Sputnik. Tacikistanın hazırkı rəhbəri Emoməli Rəhmon prezident seçkisində qalib gəlib.

Seçkinin ilkin nəticələrinə görə, Tacikistan vətəndaşlarının 90,92 faizi Emoməli Rəhmona səs verib.

Sputnik Tacikistan xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Oktyabrın 11-də Tacikistanda dövlət başçısı seçkisi keçirilib. Bu, Tacikistan Respublikasının tarixində altıncı prezident seçkisi olub.

Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, seçkidə iştirak yerli vaxtla saat 15:00-da 70,1 faiz təşkil edib.

Beləliklə, seçki baş tutub.

Rəhmon prezident seçkisini beşinci dəfə qazanıb.

Tacikistan qanunvericiliyinə əsasən, Emoməli Rəhmon gələn 7 il ərzində ölkəyə rəhbərlik edəcək.

20
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

17
Ermənistan Respublikasında son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb.

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 70836-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2306 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb. Xəstəlikdən sağalanların sayı 49787 nəfər olub. Hazırda bu ölkədə 19591 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41 milyonu keçib, 1,13 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

17
Mövzu:
Dünyanı cənginə almış bəla
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropada əlahiddə iclas keçiriləcək

13
(Yenilənib 01:45 22.10.2020)
Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir

BAKI, 22 oktyabr - Sputnik. Avropa İttifaqının (Aİ) başçısı Şarl Mişel koronavirusun yayılması səbəbilə əlahiddə iclas keçirmək qərarına gəlib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Twitter-də yazıb.

Ş.Mişel avropalı liderləri oktyabrın 29-da qeyri-rəsmi videokonfransa dəvət edib.

"Biz koronavirusla mübarizədə kollektiv səylərimizi birləşdirməliyik", - Mişel yazıb.

Bir müddət öncə Avropa ölkələri arasında ilk "koronavirus milyonçusu" İspaniya oldu. Pandemiya başlanandan bəri bu qədər yoluxma sayı ilə İspaniya dünya üzrə altıncı pilləyə yüksəldi.

Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir. Onun sözlərinə görə, yazdakı alovlanmaya bənzər yoluxmanın qarşısını almaq üçün Avropanın son şansı qala bilər, buna görə də avrokomissar epidemiya əleyhinə tədbirlər görməyə səsləyib.

Oktyabrın 21-nə olan məlumata görə, dünyada 40.9 milyon COVID-19 xəstəsi var. Bunlardan 1,12 milyonu dünyasını dəyişib, 27.9 milyonu isə sağala bilib. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Rusiya və Argentina öndədir. 

13
Teqlər:
iclas, Şarl Mişel, Avropa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
"Youtube" bəzi videoları siləcək
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı
Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”
İlham Əliyev, arxiv şəkli

Prezident: Erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq

0
(Yenilənib 13:48 22.10.2020)
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

BAKI, 22 oktyabr — Sputnik. Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, türkiyəli qonağı bu barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: "Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar".

Prezident vurğulayıb ki, Gəncəyə iki namərd hücum və şəhərin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir.

"Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq", - deyə dövlətimizin başçısı vurğulayıb.

0