ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp Amerikanın sosialist dövlət olmayacağına söz verdi

34
(Yenilənib 23:57 10.10.2020)
Tramp Ağ Evin balkonunda orkestrin sədaları altında maskada görünüb. Onu iqamətgahının qarşısındakı çəmənlikdə yüzlərlə adam hay-küylə salamlayıb. 

BAKI, 10 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Trampın koronavirus xəstəliyindən sonra ilk dəfə publika qarşısına çıxıb. Onun açıq çıxışı təxminən 17 dəqiqə davam edib.
Tramp Ağ Evin balkonunda orkestrin sədaları altında maskada görünüb. Onu iqamətgahının qarşısındakı çəmənlikdə yüzlərlə adam hay-küylə salamlayıb. 

"Hər şeydən əvvəl özümü çox yaxşı hiss edirəm!", - Prezident çıxışına bu sözlərlə başlayıb.

Tədbir hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstək olaraq "dinc etiraz" adlandırılıb. Yüzlərlə insan Ağ Evin önünə mavi köynək və qırmızı kepkada toplaşaraq vaxt-vaxt "daha dörd il, daha dörd il" deyə qışqırıblar. 

ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
© AFP 2020 / THE WHITE HOUSE / TIA DUFOUR

Tramp "Amerikanın sosialist dövlət olmaması üçün" mitinqləri davam etdirəcəyinə söz verib. O, ABŞ-ın koronavirusu məğlub edəcəyinə, bir peyvəndin tezliklə hazırlanacağına və Amerikanın sürətli bir iqtisadi dirçəlişə başladığına əmin olduğunu ifadə edib.

Bir müddət öncə yeni növ koronavirus COVID-19 –a yoluxan Amerika prezidenti Donald Tramp artıq bədənində virusun qalmadığını qeyd edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sonuncu koronavirus testinin nəticəsi açıqlandıqdan sonra, Tramp özü danışıb.

O, eyni zamanda xəstəliyi necə keçirdiyindən də bəhs edib:

"Mən özümü güclü hiss etmirdim, ancaq güclü nəfəs problemi də yaşamırdım. Özümü həyat dolu hiss etmirdim. Özümü ABŞ prezidenti necə hiss etməlidirsə, elə hiss etmirdim. Və mən başa düşdüm ki, nəsə yolunda getmir".

Koronavirus Trampın seçkiqabağı planlarına güclü şəkildə təsir edib. Belə ki, onun cümə axşamına planlaşdırılmış Co Baydenlə görüşü olmayacaq. Onlar görüşün virtual şəkildə keçirilməsindən də imtina etdikləri üçün, görüş oktyabrın 22-nə planlaşdırılıb.

34
Əlaqədar
Tramp Baydenlə teledebatdan imtina etdi
Donald Tramp və xanımı koronavirusa yoluxublar
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

16
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

16

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0