Yəhudilər, arxiv şəkli

İsraildə hər dərdin çarəsi var: Cəmi otuz saniyəyə...

152
(Yenilənib 18:43 10.10.2020)
İsrail və Hindistan bəşəriyyətin koronavirusla bağlı qayğısını azaldacaq möhtəşəm test hazırlayıb: Boriya üfürürsən, 30 saniyəyə cavab hazırdır.

BAKI, 10 oktyabr — Sputnik. Bir neçə günə Hindistan və İsrailin birlikdə istehsal etdiyi supertest hazır olacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yeni testlər koronavirusa yoluxmanı 30 saniyə ərazində müəyyən edə biləcək.

Bu barədə İsrailin Hindistandakı səfiri Ron Malka danışıb:

"Bütün mərhələlər uğurla sınaqdan keçib. Bu, dünya üçün yaxşı məlumat olacaq".

Test "açıq səma" adlandırılıb. Malkanın sözlərinə görə, test dünyada aviauçuşların bərpasına imkan yaradacaq. Testin texnologiyasına görə, şəxs boruya üfürəcək və nəticə bir dəqiqədən az müddətə bəlli olacaq.

Bu testin qiyməti də ucuz olacaq. Çünki testin yoxlanılması üçün labaratoriya və s. xərclərə ehtiyac olmayacaq. Ekspress testlər Hindistanda istehsal ediləcək.

Xatırladaq ki, iyul ayında İsrail koronavirusu müəyyən edə biləcək inqilabi texnologiyanı Hindistana gətirib. Nümayəndə heyətinə Şiba Xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi professor Nati Keller və Səhiyyə Nazirliyinin İnnovasiya şöbəsinin nümayəndəsi İtai Gordon rəhbərlik ediblər.

Avqustun əvvəlində israillilər vəzifələrini başa vuraraq gedi qayıdıblar. Qrup test üçün Hindistandakı koronavirus xəstələrindən 20.000 nümunə götürüb.

152

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

0
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
2021-ci ilin loqosu, arxiv şəkli

Zamanımız azalır, 2021 daha qısa olacaq

6
(Yenilənib 20:22 20.01.2021)
Bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

BAKI, 21 yanvar — Sputnik. Mütəxəssislərin fikrincə, son 50 ildə Yer kürəsinin Günəş ətrafında fırlanma sürətinin artması səbəbilə 2021-ci il normadan qısa olacaq. Sputnik Türkiyə xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika üzrə professoru Pol Delaney bildirib ki, dünyanın fırlanma sürəti artıb və bu dəyişiklik Yer üzündə zamanın yavaşlamasına səbəb olub.

Elmi hesablamalara görə, 2021-ci ildə bir gün - 24 saat (86 min 400 saniyə) normal bir günlə müqayisədə 0,05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Delaney əriyən buzlaqların dünya üzərində olan kütlənin yerləşmə şəklinə təsir etdiyini və suların fırlanma oxuna yaxınlaşdıqca onun dönmə sürətinin artırdığını qeyd edib.

Delaney Yerin bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran konkisürənə bənzədib.

Sözügedən qısalma saniyədən çox az olduğu üçün insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcək. Ancaq mütəxəssisin fikrincə, iqlim dəyişikliyi zamanın qısalmasına və günlərin müəyyən edilməsinə təsir edəcək. Professorun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün "artıq saniyə" tətbiq ediləcək.

Ancaq bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiya İnstitutu 1972-ci ildən 2016-cı ilə qədər hər 1,5 ildə bir artıq saniyə əlavə etmişdi.

6