QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"

© AFP 2023 / ADEM ALTANПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Azərbaycanın öz torpaqlarını azad etmək üçün son dərəcə qərarlı olduğunu görürük. Türkiyə olaraq Azərbaycanın haqlı mücadiləsini dəstəkləyirik".

BAKI, 8 oktyabr — Sputnik. Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən Qarabağ münaqişənin həlli üçün işğala son qoyulmalıdır. Sputnik Azərbaycan "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi Forumunda çıxışında bildirib.

"İşğalın qanuniləşdirilməsi təkliflərinin artıq meydanda tətbiq olunma şansı yoxdur. Azərbaycanın öz torpaqlarını azad etmək üçün son dərəcə qərarlı olduğunu görürük. Türkiyə olaraq Azərbaycanın haqlı mücadiləsini dəstəkləyirik. Ədalət və haqqa dəstək olan bütün ölkələri Azərbaycana dəstək olmağa çağırırıq. Başda Fələstin olmaqla afrikalı dostlarımız həmişə ən güclü reaksiya veriblər. Dağlıq Qarabağın işğaldan qurtarılmasında da sizlərin Azərbaycanın yanında olacağınızı düşünürəm", - deyə Ərdoğan qeyd edib.

Xəbər lenti
0