Gürcüstan bayrağı, arxiv şəkli

Rəsmi Tbilisi Ermənistanın BTC-yə zərbə endirmək cəhdini pislədi

17
(Yenilənib 17:08 08.10.2020)
Gürcüstanın xarici işlər naziri David Zalkaliani: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hər hansı hərbi təsirə məruz qalmaması vacibdir, bu, həm region, həm də regiondan kənar strateji önəm daşıyan bir obyektdir".

BAKI, 8 oktyabr — Sputnik. "Strateji obyektlər regionun təhlükəsizliyinin təminatıdır, ona görə də hər kəs onların normal fəaliyyətində maraqlı olmalıdır".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni silahlı birləşmələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirməyə cəhd göstərməsi ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun yaydığı bəyanata münasibət bildirərkən belə deyib.

Nazir qeyd edib ki, bu cür strateji obyektlərin hərbi təhlükə altına qoyulmaması çox vacibdir: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hər hansı hərbi təsirə məruz qalmaması vacibdir, bu, həm region, həm də regiondan kənar strateji önəm daşıyan bir obyektdir. Strateji obyektlər regionun təhlükəsizliyinin təminatıdır. Ona görə də hər kəs onların normal fəaliyyətinə təhlükə yaratmamaqda maraqlı olmalıdır. Əlbəttə, Cənubi Qafqazdakı strateji əhəmiyyətli layihələr bizim ən böyük maraq sahəmizdir və biz davamlı olaraq bu istiqamətdə monitorinqlər aparırıq. Biz regiondakı tərəfdaş ölkələrlə, xüsusilə də bu layihələrin ərazisindən keçdiyi ölkələrlə, həmçinin strateji tərəfdaşlarımızla, ABŞ və Avropa İttifaqı ilə bu istiqamətdə danışırıq”.

17
Əlaqədar
SOCAR: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri öz fəaliyyətini davam etdirir
Ermənistan Bakı-Tbilisi-Ceyhan kəmərinə raket zərbələri endirməyə cəhd edib
Ermənistanın raketi Bakı-Tbilisi-Ceyhan kəmərinin on metrliyinə düşüb
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

6
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

6
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Şentop: "Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyik"

5
(Yenilənib 16:32 20.10.2020)
Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib.

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.

Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri, Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söyləyib və beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirib.

Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib.

Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri, məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.

5
Əlaqədar
Əsədovla Şentop görüşdülər: TBMM Ermənistanla bağlı məruzə hazırlayacaq
Şentop: Müharibə cinayətlərinə göz yumanlar ittiham olunacaqlar
Mustafa Şentop Azərbaycana rəsmi səfərə gəlib
Mustafa Şentop: "Türkiyə həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır"
Mustafa Şentop: "Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim"
Mustafa Şentop: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır
(1:22 / 8.24Mb / просмотров видео: 4)

“Ölməyə hazıram, təki torpaqlar qayıtsın”: Ağdamda mərmi yağışı davam edir video

0
(Yenilənib 18:15 20.10.2020)
Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunu durmadan ağır artilleriyadan atəşə tutmağa davam edir. Paşabəyli kəndində 23 yaşlı qadın evinə qayıdarkən xəsarət alıb. Daha ətraflı – videomuzda.

Ağdamın Paşabəyli kənd sakinləri mərmi səslərinə artıq alışıblar. Amma buna baxmayaraq, onlar təsərrüfat işləri ilə məşğul olmağa, sahələrində işləməyə davam edirlər. Bəlkə, məhz bu, onların həyatlarını qurtarmağa kömək edib. Belə ki, mərmi kənd sakini İlqar Məmmədovun evinə düşdüyü anda bütün ailə sahədə çalışırmış.

Daha bir mərmi dirəyə dəyərək partlayıb. Sahədən qayıdan 23 yaşlı Çiçək Məhyəddinli xəsarət alıb. O, dərhal Ağdam MRX-ya çatdırılıb, qəlpələri çıxarılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu deyiblər.

Atılan mərmilərdən Bənövşələr qəsəbəsində də 3 nəfər mülki şəxs xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

0