Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli

Makron aranı qatdı: Fransada müsəlmanların təqibi başladı, hicablı fotolar qadağan edildi

64
(Yenilənib 13:37 08.10.2020)
Paytaxt Parisin də daxil olduğu İl-de-Frans bölgəsinin Regional Şurasının sədri Valeri Peçress bütün ölkə üzrə ictimai nəqliyyatda istifadə olunan gediş kartlarında hicablı fotolara qadağa qoyulmasını tələb edib.

BAKI, 8 oktyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun İslamı hədəf alan bəyanatı bu ölkədə dini-ayrı seçkiliyə rəvac verərək radikal sağçı qrupları müsəlmanlara qarşı fəallaşdırıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, paytaxt Parisin də daxil olduğu İl-de-Frans bölgəsinin Regional Şurasının sədri Valeri Peçress bütün ölkə üzrə ictimai nəqliyyatda istifadə olunan gediş kartlarında hicablı fotolara qadağa qoyulmasını tələb edib. O, bu barədə Fransanın Daxili İşlər nazirinə xüsusi məktub yazıb. V.Peçress artıq bu qadağanı rəhbəri olduğu İl-de-Frans bölgəsində tətbiq etməyə başlayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən həftə "İslam radikalizmi ilə mübarizə" adı altında xalqa müraciətində İslam dinini hədəfə alan sözlər söyləyib. O, bu gün İslamın dünyanın hər yerində böhran yaşayan bir din olduğunu qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə onun bu çıxışını "ədəbsizlik" adlandırıb və bildirib ki, müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrdən biridir.

64
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

2
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

2
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

56
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

56