ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

ABŞ müsəlmanlarından Trampı məyus edəcək addım

68
Bu ölkədə yaşayan müsəlman əhalinin 71 faizi Demokrat partiyasının namizədi Cozef Baydenə səs verəcəyini bildirib

BAKI, 7 oktyabr — Sputnik. ABŞ-da yaşayan müsəlman əhalinin 71 faizi noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkisində Demokrat partiyasının namizədi Cozef Baydenə səs vermək fikrindədir. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, bu ölkənin ən böyük müsəlman qeyri-hökumət təşkilatlarından biri olan Amerika-İslam Əlaqələri Şurasının (CAIR) müsəlman seçicilər arasında keçirdiyi rəy sorğusunun nəticələrinə görə, fikri öyrənilənlərin yalnız 18 faizi Donald Trampa səs verəcəyini bildirib. Müsəlmanların 71 faizi isə seçkidə Cozef Baydeni dəstəkləyəcəyini ifadə edib. Bu dini qrupdan olan seçicilərin 11 faizi isə səsvermədə iştirak etməyəcəyini qeyd edib.

Rəy sorğusunun nəticələrini dəyərləndirən CAIR-in Hökümətlə Ələqələr üzrə direktoru Robert Makoy bildirib: "Bu sorğu göstərir ki, müsəlmanlar 2020-ci ildə keçiriləcək prezident seçkisində 2016-cı illə müqayisədə daha böyük fəallıq nümayiş etdirəcəklər. Odur ki, hər iki siyasi partiya seçkilərdə həm sosial-liberal, həm də mühafizəkar müsəlmanların səsini qazanmaq üçün daha çox iş görməlidir".

 

68
Teqlər:
Donald Tramp, Co Bayden, seçki, prezident, ABŞ
Əlaqədar
Baydendən Trampa jest - gözləyəcək
Kornilov: "Bayden yenə səhv etsə, demək, Rusiya günahkardır"
Co Bayden Qarabağdan danışıb Rusiyaya eyham vurdu
ABŞ Prezidenti qaradərili icmalara zərər vuran amili açıqlayıb
“İnterneti partladan böyük hadisə” – Tramp əks-hücuma keçdi
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

6
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

6
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

17
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

17
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib