Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Türkiyə Almaniya liderləri görüşdü: Ermənistan BMT-nin qətnamələrinə əməl etməlidir

66
(Yenilənib 16:24 06.10.2020)
Türkiyə və Almaniya liderlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bir sıra regional məsələlər müzakirə olunub.

BAKI, 6 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Baş naziri Angela Merkellə videokonfrans formatında görüş keçirib.

Sputnik Azərbaycan  Türkiyə mediasına istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bir sıra regional məsələlər müzakirə olunub.

Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın BMT-nin qətnamələrinə əməl etməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin Şərqi Aralıq dənizi və Liviyadakı vəziyyət müzakirə olunub.

66
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

13
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

13
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
ATƏT binası, arxiv şəkli

Prezidentin köməkçisi: "İran, Rusiya Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."

29
(Yenilənib 17:36 27.10.2020)
"Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsınlar. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı"

BAKI, 27 oktyabr — Sputnik. Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera" kanalına müsahibəsində deyib.

Münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavabında Prezidentin köməkçisi deyib ki, Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur:

"Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər".

Hikmət Hacıyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib: "Ermənistan işğal etdiyi ərazilərdə bəşəri cinayətlər və qırğınlar, eləcə də etnik təmizləmə törədib. Bu azmış kimi, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının mədəni və dini abidələrini dağıdıb. Onlar məscidlərimizi dağıdıblar. İslama aid dəyərli nə varsa, hamısını hədəfə alıblar. Azərbaycan torpağı olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Ermənilər 700 min azərbaycanlını bu rayonlardan didərgin salıblar. Həmçinin Dağlıq Qarabağdan da azərbaycanlılar qovulublar. Bu köçkünlərin sayına Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayını da əlavə etsək, 1 milyon nəfər edir. Bütün danışıqlarımızda ilk olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlarımızın işğaldan dərhal azad edilməsini tələb etmişik. Lakin Ermənistan bunu rədd edib. Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsınlar. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı. Çünki o, bu ərazilərin ilhaqına cəhd edir".

29
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Hikmət Hacıyev “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasını pisləyib
Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə nə arzulamaq istədilər – video
Ermənistan ordusunun hədəfi mülki obyektlərdir: Ağdam məktəbinə mərmi düşdü - VİDEO
Ermənistan cəsədləri götürməkdən imtina edir - Hikmət Hacıyev