QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İran Qarabağ probleminin həlli üçün layihə hazırlayıb

© Sputnik / Evgeny Biyatov / Mediabanka keçidФлаг посольства Исламской Республики Иран
Флаг посольства Исламской Республики Иран - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağıran Xətibzadə İranın bu problemin müvəqqəti deyil, birdəfəlik həll olunması tərəfdarı olduğunu bildirib

BAKI, 5 oktyabr — Sputnik. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə problemin birdəfəlik həllinin Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsindən və erməni hərbi qüvvələrinin işğal olunmuş şəhərlərdən çıxarılmasından asılı olduğunu bildirib.

İran Qarabağ probleminin həlli üçün layihə hazırlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin Mətbuat katibi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Xətibzadə Qarabağ münaqişəsinin həlli üçün bütün qonşu dövlətlərin səfərbər olmasının vacibliyini vurğulayıb: "Bundan sonra biz bu məsələni münaqişə tərəfləri, region ölkələri və qonşu dövlətlərlə məsləhətləşərək təqib edəcəyik. Bu yanğının tezliklə sönməsi üçün hamımız səfərbər olmalıyıq, mülki şəxslərin həlak olmasının qarşısı alınmalıdır. Hər iki tərəf döyüşləri dayandırmalı və mülki əhalinin zərər görməməsi ilə bağlı beynəlxalq hüquq normalarına əməl etməlidir. İran öz torpaqlarına qarşı təcavüzə də göz yummaq fikrində deyil".

Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağıran Xətibzadə İranın bu problemin müvəqqəti deyil, birdəfəlik həll olunması tərəfdarı olduğunu bildirib: "On illərdir davam edən bu problemin qalıcı həlli Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsindən və erməni hərbi qüvvələrinin işğal olunmuş şəhərlərdən çıxarılmasından asılıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli və hərbi qüvvələr işğal olunmuş şəhərlərdən çəkilməlidir. Siyasi danışıqlar ən qısa müddətdə başlamalı və münaqişə dayandırılmalıdır".

Xarici İşlər Nazirliyinin mətbuat katibi bir daha vurğulayıb ki, ölkəsi ermənilərin İran və Ermənistan arasındakı marşrutdan hərbi məqsədlərlə istifadəsinə qəti şəkildə yol verməyəcək.

Xəbər lenti
0