Gürcüstanda 46 uşaq zəhərləndi

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçidМашина медицинской скорой помощи на улице Тбилиси.
Машина медицинской скорой помощи на улице Тбилиси. - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlardan çoxu ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxananın Pediatriya bölməsində 16 uşağın müalicəsi davam etdirilir"

BAKI, 5 oktyabr — Sputnik. Gürcüstanın Qori şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə halı qeydə alınıb. 46 nəfər azyaşlı təcili şəkildə xəstəxanaya çatdırılıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, zəhərlənmə hadisənin içməli sudan baş verdiyi ehtimal olunur. Ekspertiza məqsədilə sudan nümunələr götürülüb.

"Son sutka ərzində xəstəxanamıza ürəkbulanma və diareya şikayətləri ilə 46 pasiyent müraciət edib. Onlardan çoxu ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxananın Pediatriya bölməsində 16 uşağın müalicəsi davam etdirilir", – deyə Qori şəhərinin "İavnana" kilinikasının həkimi bildirib.

Xəbərdə yerli əhalini xeyli vaxtdır ki, içməli suyun keyfiyyətindən narazı olduğu da qeyd edilir.

 

Xəbər lenti
0