* AZƏRBAYCAN *
İstanbulda Ya Qarabağ, ya ölüm adlı izdihamlı mitinq

İstanbul "Ya Qarabağ, ya ölüm" sədalarıyla coşdu - FOTO

81
(Yenilənib 15:23 05.10.2020)
Mitinqdə "Ya Qarabağ, ya ölüm", "Marş, marş irəli, Azərbaycan əsgəri", "Azərbaycan bir olsun, istəməyən kor olsun" adlı şüarlar səslənib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Türkiyənin İstanbul şəhərində son günlər cəbhədə yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın işğalçı və terrorçu siyasətinə, əl atdığı təxribatlara etiraz səsini ucaltmaq məqsədilə "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq keçirilib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin yaradıcısı və fəxri sədri Rəşid Mustafazadə bildirib ki, bu tədbir 3 təşkilat tərəfindən həyata keçirilib: "Mitinq olduqca izdihamlı keçib. İyulda da "Can Azərbaycana Canımız fəda" adlı mitinq keçirmişdik. İyuldakından qat-qat çox böyük idi izdiham. Barəsində danışdığımız mitinq Bəyazid meydanında keçirilib".

  • İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq
    © Photo : Courtesy of Rashid Mustafazade
  • İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq
    © Photo : Courtesy of Rashid Mustafazade
  • İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq
    © Photo : Courtesy of Rashid Mustafazade
  • İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq
    © Photo : Courtesy of Rashid Mustafazade
  • İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq
    © Photo : Courtesy of Rashid Mustafazade
  • İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq
    © Photo : Courtesy of Rashid Mustafazade
1 / 6
© Photo : Courtesy of Rashid Mustafazade
İstanbulda "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq

R.Mustafazadənin sözlərinə görə, baş tutan mitinqdə "Ya Qarabağ, ya ölüm", "Marş, marş irəli, Azərbaycan əsgəri", "Azərbaycan bir olsun, istəməyən kor olsun" adlı şüarlar səslənib: "Tədbir iştirakçıları qarşısında Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay, Turan Ocaqları başqanı Ercan Urçar, cənubi azərbaycanlı Sina Həsəni, Türkiyə Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrım çıxış elədilər. Bundan başqa, digər Türk dünyası ölkələrinin təmsilçiləri olan QHT rəhbərləri, Qazi xanım "Qarabağın Tutusu" ləqəbli Rüxsarə xanım, "Kobra" ləqəbli Pərviz Abdullayev və digər fəallar da çıxış ediblər".

Fəxri sədr onu da əlavə edib ki, mitinqdə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə yanaşı, dövlətimizi dəstəkləyən digər dost ölkələrin də bayraqları qaldırılıb: "Macarıstan, Suriya türkmənləri, İraq türkmənləri, Güney azərbaycanlılar, Türkmənistandan olan nümayəndələr qatılmışdılar. Çox izdihamlı mitinq oldu. Azərbaycan zəfərinə, Azərbaycan ordusuna yönəlik çıxışlar oldu. Çıxış edənlər bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının azad olunması və ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistanın sərt şəkildə cəzalandırılması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər".

81
Əlaqədar
Dövlət Komitəsi xaricdə yaşayan həmvətənlərimizə müraciət edib
Beşiktaş futbol klubundan Azərbaycana dəstək
Bakı bu gecə yatmır: kəndlərin azad olunması xəbəri paytaxtı coşdurdu - VİDEO
Gürcü dostlarımızdan musiqili hədiyyə: "Sevgili Azərbaycan..." - VİDEO
Bolunun ən yüksək nöqtəsinə bayrağımız asıldı
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Putin Ərdoğan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

793
(Yenilənib 20:57 24.06.2021)
Liderlər arasında şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

BAKI, 24 iyun - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.

Ərdoğan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün rəsmi Moskvanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.

Söhbət əsnasında, həmçinin şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılığa əldə olunub.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

793
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Sanksiyalar az idi, indi sektoral sanksiyalar gəldi

17
(Yenilənib 16:55 24.06.2021)
İyunun 21-də Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib.

BAKI, 24 iyun — Sputnik. Avropa İttifaqı bu gün Belarusa qarşı sektoral iqtisadi sanksiyalar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilir.

Sanksiyalara əsasən, Belarusa rabitənin monitorinqi üçün texnologiya və ikili təyinata malik məhsulların ixracı qadağan olunacaq, Belarusla neft məhsulları, kalium gübrələri, tütün məhsulları ilə ticarət məhdudlaşdırılacaq.

Bundan əlavə, Belarusun Avropa İttifaqının maliyyə bazarlarına çıxışı məhdudlaşdırılacaq.

Qeyd edək ki, iyunun 21-də Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar 16 fiziki şəxsə, həmçinin Belarus Milli Təhlükəsizlik Komitəsinə, Belarus DİN-in Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə mübarizə üzrə Baş İdarəsinə, Belarus DİN-in Daxili Qoşunlarına, Minskin Akrestsin küçəsindəki cinayətkarların təcrid olunması Mərkəzinə də şamil olunacaq.

ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısında Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont, Belarus Parlamentinin yuxarı palatasının spikeri Natalya Koçanova, Belarus Milli Təhlükəsizlik Komitəsinin "Alfa" xüsusi dəstəsinin komandiri Sergey Zubkov, Minskin milis rəisi Mixail Qrib, Belarusun ədliyyə nazirinin müavini Sergey Kalinovski və Belarusun Baş prokuroru Andrey Şvedinin də adları var.

Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı qeyd olunub. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

Siyahıda olan şəxslərin Aİ-də bütün aktivləri dondurulacaq və onların Aİ-yə səyahəti qadağan olunacaq.

Ümumilikdə Aİ-nin Belarusla bağlı tətbiq etdiyi üç sanksiya paketi çərçivəsində Aleksandr Lukaşenko da daxil olmaqla 166 Belarus vətəndaşı və 15 təşkilata qarşı sanksiya qəbul olunub.

17
Kondisioner, arxiv şəkli

Şadlıq saraylarında kondisionerlər məsələsi

0
(Yenilənib 20:52 24.06.2021)
Qida Təhlükəsizliyi Agentliyi toylarda kondisionerlərə məhdudiyyətin qoyulub-qoyulmadığı ilə bağlı suallara cavab verib.

BAKI, 24 iyun — Sputnik. Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur. Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər"ə uyğun olaraq tənzimlənir.

Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib. Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır.

AQTA bununla bağlı bildirir ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər"də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir.

Qeyd edək ki, toylarda monitorinq edəcək qurumlar sırasında AQTA-nın da adı var. Bu qurum monitorinq zaman "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"ə riayət olunması məsələsi yerindəcə qiymətləndiriləcək. Personalın COVID-19 pasportuna malik olub-olmaması, qoruyucu maska taxıb-taxmamaları və s. tələblər bu qurumun məkdaşları tərəfindən monitorinq ediləcək.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabineti iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq.

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakçılardan COVID-19 pasportu tələb olunmayacaq. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Monitorinqlər zamanı aşkar olunacaq nöqsanlarla bağlı inzibati tədbirlər həyata keçiriləcək. Qoyulacaq tələbləri pozan sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlər görüləcək. Şənlik mərasimlərinin keçirilməsinə məsuliyyəti həm məclis sahibi, həm də ictimai iaşə müəssisəsinin rəhbəri daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

0