Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Azərbaycana hərbi yüklərin göndərilməsi barədə feyki təkzib edib

126
(Yenilənib 14:26 05.10.2020)
Belarus tərəfinin məlumatına görə, son yarım il ərzində nə Azərbaycana, nə də Ermənistana hərbi-sənaye kompleksinin xətti ilə bu cür təchizat həyata keçirilib

BAKI, 5 oktyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindən Azərbaycana hərbi yüklərin daşınması barədə saxta məlumatları təkzib edib.

Sputnik Azərbaycan "Pul Pervoqo" rəsmi "Telegram" kanalına istinadən xəbər verir ki, Lukaşenko bu barədə Ermənistan Prezidenti Armen Sarkisyanla telefon danışığında bildirib.

"Prezidentimiz Belarusdan Azərbaycana hərbi yüklərin daşınması barədə feyki təkzib edib", – məlumatda deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, son yarım il ərzində hərbi-sənaye kompleksinin xətti ilə nə Azərbaycana, nə də Ermənistana bu cür təchizat həyata keçirilib.

126
Kamal Kılıçdaroğlu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri

Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri

10
(Yenilənib 19:16 20.10.2020)
Kamal Kılıçdaroğlu: Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyirik.

BAKI, 20 oktyabr — Sputnik. Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işğal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirəm.

Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqlarınızın işğaldan azad olunması münasibətilə Sizi indidən təbrik edirəm.

Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin illərdir işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədə-baba torpağında doğulmayan, o yerləri görməyərək böyüyən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

Moskvada əldə edilən müvəqqəti humanitar atəşkəsin münaqişənin həlli üçün yeni imkan yaradacağına ümid edir, Ermənistanın işğal altında saxladığı torpaqlardan tamamilə və qeyd-şərtsiz çıxmasının vacibliyini vurğulayırıq. Əldə olunan atəşkəsin əksinə olaraq, Ermənistanın müharibəni Azərbaycanın bütün ərazisinə yaymaq üçün Gəncə, Bərdə, Mingəçevir kimi yaşayış məntəqələrinə raket hücumları təşkil edərək, mülki vətəndaşların ölümünə səbəb olmasını şiddətlə qınayırıq.

Tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyünü davam etdirəcəyinə, haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.

Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir".

10
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

24
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

24
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

0
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

0
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi