Qırğızıstanda parlament seçkiləri: nə baş verir və bu saata nə məlumdur

© AFP 2023 / VYACHESLAV OSELEDKOПарламентские выборы в Киргизии
Парламентские выборы в Киргизии - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament seçkilərində iştirak edən beş partiyanın liderləri öz partiyalarının birləşdiklərini bildiriblər. Bu siyasi təşkilatların rəhbərləri seçkilərin legitim keçmədiyini və nəticələrin ləğv edilməsini tələb edəcəklərini deyiblər

BAKI, 5 oktyabr — Sputnik. Bazar günü Qırğızıstanda respublika parlamentinə seçkilər keçirilib. Seçicilər 12 saat ərzində – saat 08:00-dan (Bakı vaxtı ilə 06:00) 20:00-dək (18:00) səs veriblər.

Sputnik Qırğızıstan xəbər verir ki, parlamentdə yerlərə 16 partiya iddia edib. Seçicilərin yekun fəallığı 56,2 faizi ötüb.

Məntəqələrin 97 faizində bülletenlərin emalından sonra səsvermənin ilkin nəticələrinə görə, parlamentə dörd partiya daxil olur. Belə ki, "Birimdika" ("Birlik") 24,44 faiz, "Mekenim Kırqızıstan" ("Yurdum Qırğızıstan") 23,95 faiz, "Qırğızıstan" partiyası 8,78 faiz və "Butun Kırqızıstan" ("Bütün Qırğızıstan") 7,09 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası seçkinin rəsmi nəticələrini səsvermə günündən ən geci 20 gün ərzində açıqlamalıdır.

Parlament seçkilərində iştirak edən beş partiyanın ("Meken ıntımaqı", "Çon kazat", "Ordo", "Iyman nuru" və "Reforma") liderləri öz partiyalarının birləşdiklərini bildiriblər. Bu siyasi təşkilatların rəhbərləri seçkilərin legitim keçmədiyini və nəticələrin ləğv edilməsini tələb edəcəklərini deyiblər.

Bundan başqa, bu gün Bişkekin Ala-Too meydanında bir neçə partiyanın mitinqi keçiriləcək.

Xəbər lenti
0