Ermənistan internetsiz qalıb

422
(Yenilənib 23:46 02.10.2020)
Gürcüstanın Kvemo Karti bölgəsindən keçən kabel xəttindəki zədəyə görə, hazırda Ermənistanda internet yoxdur.

BAKI, 2 oktyabr - Sputnik. Ermənistana gedən fiberoptik beynəlxalq internet kabel xətti Gürcüstan ərazisində zədələnək sıradan çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər yayıb.

Bildirilir ki, bu xətt Gürcüstanın Kvemo Karti bölgəsində keçir. Kabel xəttindəki zədəyə görə, Ermənistanda hazırda internet yoxdur.

422
Fransa bayrağı, arxiv şəkli

Fransadan Azərbaycana jest

25
(Yenilənib 09:48 18.01.2021)
2019- cu ildə yaradılmış “Böyük Məqrəb” Assosiasiyası humanitar təşkilat olub müsəlman ölkələrinə dəstək göstərir.

BAKI, 18 yanvar - Sputnik. Fransanın müsəlman icması Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib.

Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Fransada fəaliyyət göstərən “Böyük Məqrəb” Assosiasiyası Azərbaycana humanitar yardım göndərib.

Yardıma əsasən tibbi təhcizat və tibbi avadanlıqlar daxildir.

Qeyd edək ki, 2019- cu ildə yaradılmış “Böyük Məqrəb” Assosiasiyası humanitar təşkilat olub müsəlman ölkələrinə dəstək göstərir.

25
Teqlər:
Fransa
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

22
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

22
Bakıda sulu qar, arxiv şəkli

Hava dəyişəcək, çovğun olacaq

0
(Yenilənib 11:58 18.01.2021)
Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

BAKI, 18 yanvar — Sputnik. Yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

0