QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ukrayna Azərbaycana hərbi yardım göstərməyə hazırdır

© Sputnik / Stringer / Mediabanka keçidфлаг Украины
флаг Украины - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko hazırda Azərbaycana lazım olan yardımlarla bağlı xüsusi siyahının tərtib olunduğunu bildirib.

BAKI, 2 oktyabr — Sputnik. Ukrayna Azərbaycana hərbi sahədə dəstək verməyə hazırdır. Sputnik Azərbaycan-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu fikri Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko "Ukrayna 24" telekanalının efirində səsləndirib. O deyib: 

"Ukrayna bu gün Azərbaycanı müxtəlif platformalarda dəstəkləməyə hazırdır. Hərbi sahədən tutmuş humanitar yardıma qədər, gələcəkdə də lazım olarsa, hər cəhətdən Azərbaycana köməklik göstəriləcək".

Ukrayna hakimiyyətinin artıq Bakıya həm hüquqi sahədə, həm də humanitar yardımlarla dəstək olduğunu diqqətə çatdıran millət vəkili onu da qeyd edib ki, hazırda Azərbaycana lazım olan yardımlarla bağlı xüsusi siyahı tərtib olunur.

Xəbər lenti
0