Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Donald Tramp və xanımı koronavirusa yoluxublar

© AP Photo / Carolyn KasterПрезидент США Дональд Трамп и его жена Мелания, фото из архива
Президент США Дональд Трамп и его жена Мелания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl isə Trampın məsləhətçisi Houp Hiksə COVID-19 diaqnozu qoyulmuşdu. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Hiks son tədbirlərdə onu müşayiət edib. 

BAKI, 2 oktyabr - Sputnik. ABŞ Prezidenti Donald Tramp və onun xanımı Melaniya Tramp koronavirusa yoluxublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Amerika lideri özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün birinci xanımın və mənim COVID-19 testimiz müsbət oldu. Karantin və sağalma prosesinə dərhal başlayacağıq. Birlikdə bu prosesdən keçəcəyik!", - deyə Tramp yazıb.

Bundan əvvəl isə Trampın məsləhətçisi Houp Hiksə COVID-19 diaqnozu qoyulmuşdu. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Hiks son tədbirlərdə onu müşayiət edib. 

Xəbər lenti
0