Fransa Prezidenti Emmanuel Makron

Makron Tramp Putinlə Qarabağı müzakirə edəcək

461
Fransa, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.

BAKI, 30 sentyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla telefon danışıqları aparacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Makron Latviyanın paytaxtı Riqada mətbuat konfransı zamanı bildirib.

"Bu gün axşam prezident Putin və düşünürəm ki, sabah prezident Trampla bu məsələ barədə fikir mübadiləsi aparmaq və çıxış yolları (böhrandan –red.) təklif etmək üçün danışıqlar aparacağam", - deyə Makron qeyd edib.

Qeyd edək ki, Fransa, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

461
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

60
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

60
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

25
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

25
Azərbaycan hərbçiləri, arxiv şəkli

Nur içində yat, Dmitri!

0
(Yenilənib 21:46 25.10.2020)
Dmitri Aleksandroviç Solnsev torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

BAKI, 25 oktyabr — Sputnik. "Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

Nur içində yat, Dmitri!".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

0