Kiriakos Mitsotakis, arxiv şəkli

Yunanıstandan Türkiyəyə növbəti hədə

57
(Yenilənib 22:25 25.09.2020)
Bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib

BAKI, 25 sentyabr — Sputnik. Əgər Türkiyə ilə münaqişə dialoq yolu ilə həll olunmasa, Yunanıstan BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı siyasi debatlarda çıxışında deyib.  

“Gəlin danışaq. Gəlin məqbul qərarlar verək. Gəlin diplomatiyaya şans verək... Amma son nəticədə razılığa gəlməsək, o zaman Haaqa məhkəməsinin müdrikliyinə güvənməli olacağıq”, - Mitsotakis deyib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

57
Teqlər:
Aralıq dənizi, BMT, Beynəlxalq Məhkəmə, Haaqa Məhkəməsi, Türkiyə, Yunanıstan
Əlaqədar
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Türkiyə səfiri: "Azərbaycanın Türkiyəni dəstəkləməsi Ankaraya güc verir"
Yunan Baş nazir Türkiyəyə ultimatum verdi – Bu tarixə qədər vaxtınız var...
Yerevanda millətçilərin məşəl yürüşü

Yerevanda millətçilər faşistlərin hərəkətlərini təkrar edirlər - FOTO

4
(Yenilənib 23:06 28.02.2021)
Yürüşdən əvvəl radikallar mitinq keçiriblər. Mitinqdən sonra onlar məşəlləri götürərək Yerevanın mərkəzində doğru irəliləyiblər.

BAKI, 28 fevral - Sputnik. Radikal millətçi "Sasna srer" hərəkatı Yerevanın mərkəzində məşəl yürüşü keçirir. Bu barədə RİA Novosti xəbər verir.

Onların əsas tələbləri baş nazir Nikol Paşinyanın istefası və Dağlıq Qarabağın yenidən Ermənistan tərəfindən işğal edilməsidir.

Yürüşdən əvvəl radikallar mitinq keçiriblər. Mitinqdən sonra onlar məşəlləri götürərək Yerevanın mərkəzində doğru irəliləyiblər. Polis yürüşə mane olmur.

Xatırladaq ki, məşəl yürüşləri 1930-cu illərdə faşist Almaniyasında dəbdə olub. 

4
Tehran şəhərinə mənzərə, arxiv şəkli

İrandan gözlənilməz qərar - Qonşumuz bu addımlarla etmək istəyir?

26
(Yenilənib 22:22 28.02.2021)
Diplomatların sözlərinə əsasən, İranda əvvəlcə görüşdən sonra ABŞ-ın bəzi sanksiyaları aradan qaldıracağına dair zəmanət almaq istəyirlər.

BAKI, 28 fevral - Sputnik. İran ABŞ və Aİ-nin yaxın həftələrdə nüvə razılaşmasına dair birbaşa danışıqlar aparmaq təklifindən imtina edib. Bu barədə Wall Street Journal qəzeti yüksək vəzifəli qərb diplomatlarına istinadən xəbər verir.

Diplomatların sözlərinə əsasən, İranda əvvəlcə görüşdən sonra ABŞ-ın bəzi sanksiyaları aradan qaldıracağına dair zəmanət almaq istəyirlər. Onlar əlavə ediblər ki, İranın etirazı "yaxın aylarda birbaşa danışıqlara olan bütün ümidləri öldürməyib" və Tehranın bu addımı "gələcək danışıqlarda təsir rıçaqı əldə etmək cəhdi" ola bilər.

Avrokomissiya bir müddət əvvəl təsdiqləyib ki, Avropa diplomatiyası İranın nüvə proqramına dair Birgə hərtərəfli fəaliyyət planının iştirakçılarının qeyri-formal görüşünün çağırılması üzərində işləyir.

ABŞ da Aİ-nin əqidəsi altında "altılığ"ın iştirakı ilə İranla danışıqlarda maraqlı olduğunu bəyan edib. Vaşinqtonun bu sözlərinə cavab olaraq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı sanksiyaları qaldırmağa çağırıb.

2015-ci ildə İranla "altılıq" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, ABŞ, Çin) arasında Birgə hərtərəfli fəaliyyət plan imzalanıb. Plana görə İran nüvə proqramını məhdudlaşdırır, əvəzində isə ona qarşı sanksiyalar qaldırılır. Lakin bu plan heç 3 il də fəaliyyət göstərməyib. 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada razılaşmadan çıxmaq və Tehrana qarşı sərt sanksiyalar tətbiq etmək barədə barədə qərar qəbul edib.

26