Koronavirusa yoluxanların sayı yenə artdı

© REUTERS / YVES HERMANСитуация в связи с эпидемиологической обстановкой в Бельгии
Ситуация в связи с эпидемиологической обстановкой в Бельгии - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 934 min 205 nəfərə çatıb

BAKI, 24 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 31 867 173 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 976 331 nəfər vəfat edib, 21 979 888 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 934 min 205 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 117 487 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0