Ledi Qaqa, arxiv şəkli

Məşhurluqdan bezib, intihar etmək istəyir

22
(Yenilənib 19:42 22.09.2020)
"Tamamilə ümidsizləşdim, məşhur olmaqdan, ulduz olmaqdan nifrət etdim. Özümü yorğun və tükənmiş hiss edirdim" - Ledi Qaqa

BAKI, 22 sentyabr — Sputnik. Amerikalı ifaçı Ledi Qaqa birdən-birə şöhrət qazanmasının onda intihar düşüncələri yaratdığını deyib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, məşhurluğu onun ruhi sağlamlığına təsir edib. "Bunu anlayandan sonra hər gün özümü öldürmək barədə düşünmüşəm" deyən 34 yaşlı müğənni bu barədə CBS News-a müsahibəsində bildirib.

Müsahibə zamanı müğənni sevimli pianosunu göstərib. Onun sözlərinə görə, məşhurlaşandan sonra bu musiqi alətinin onun həyatını məhv etdiyi qənaətinə gəlib, çünki mahnıları onunla yazmışdı, onu Ledi Qaqa edən o idi.

"Tamamilə ümidsizləşdim, məşhur olmaqdan, ulduz olmaqdan nifrət etdim. Özümü yorğun və tükənmiş hiss edirdim", - deyə müğənni xatırlayır.

Onun sözlərinə görə, "MTV Video Music Awards"-un üç mükafatına layiq görülən "Chromatica" adlı son albomu sayəsində depressiyadan çıxa bilib.

"Artıq Ledi Qaqaya nifrət etmirəm. Heç vaxt olmayacağını düşünsəm də, özümü yenidən sevməyin bir yolunu tapdım", - deyə ulduz etiraf edib.

Bundan əlavə, Ledi Qaqa "Rain on me" adlı mahnısını birgə bəstələdiyi Ariana Grande ilə dostluğunun ona kömək etdiyini qeyd edib.

22
Teqlər:
müğənni Ledi Qaqa, intihar, məşhur, müğənni
Əlaqədar
Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı
Müğənni içkili halda yaşlı kişini döyüb
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Rihanna sevənlərini qorxudub
Hadisə Azərbaycandan olan izləyicilərinə təşəkkür edib - VİDEO
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

8
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

8
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Şentop: "Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyik"

5
(Yenilənib 16:32 20.10.2020)
Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib.

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.

Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri, Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söyləyib və beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirib.

Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib.

Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri, məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.

5
Əlaqədar
Əsədovla Şentop görüşdülər: TBMM Ermənistanla bağlı məruzə hazırlayacaq
Şentop: Müharibə cinayətlərinə göz yumanlar ittiham olunacaqlar
Mustafa Şentop Azərbaycana rəsmi səfərə gəlib
Mustafa Şentop: "Türkiyə həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır"
Mustafa Şentop: "Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim"
Mustafa Şentop: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib

0
(Yenilənib 19:19 20.10.2020)
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

0