Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar

23
(Yenilənib 01:37 17.09.2020)
“Norma, qayda və standartlar olmalı, onlara əməl edilməlidir, bunların pozulmasına görə isə cəzalar olmalıdır”, - NASA rəhbəri

BAKI, 17 sentyabr — Sputnik. Uğurlu beynəlxalq qarşılıqlı fəaliyyət üçün Ayda Amerika dəyərlərinə uyğun olan davranış qaydaları hazırlanmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki videoyayımda danışıb.  

“Biz Aya enəndə Ayda davranış qaydaları qoyacağıq”, - Braydenstayn deyib. Misal qismində isə o qeyd edib ki, təhlükəsiz və effektiv beynəlxalq qarşılıqlı əlaqələr üçün lazım olan normalar hazırda Arktikada qüvvədədir.

“Biz Arktikanın hərbi məqsədlərlə istifadəsini istəmirdik, biz orada nüvə silahının olmasını istəmirdik və bunların qarşısını almaq üçün biz davranış qaydaları yaratmaq məqsədilə elmdən istifadə etdik”, - NASA rəhbəri deyib.  

O həmçinin qeyd edib ki, ABŞ-ın “Artemis” Ay proqramı “dünyada həddən artıq populyardır və o, amerika dəyərlərini ehtiva edən kosmosda davranış qaydalarının tətbiqinə kömək edə bilər”.

“Mən amerika dəyərləri deyəndə Amerika üçün unikal olan şeyləri nəzərdə tutmuram, bu, bizim üçün vacib olan şeylərdir – yəni elmdə açıqlıq”, - Braydenstayn deyib.

Onun sözlərinə görə, kosmosda da hərbidə olduğu kimi “düşmən fəaliyyətlərin ayırd edilməsi üçün norma və qaydalar qoyulmalıdır”. “Norma, qayda və standartlar olmalı, onlara əməl edilməlidir, bunların pozulmasına görə isə cəzalar olmalıdır”, - NASA rəhbəri bəyan edib.

“Hamı Aya, Marsa uçmaq istəyir. Siz belə bir prosesə ABŞ-la birlikdə qatılmaq istəyirsinizmi? Biz rəhbərlik edəcəyik, amma bizə lazımdır ki, hamı baza davranış qaydalarına əməl etsin, son nəticədə biz də insident, pis niyyət və qəsdli aktivliyi bir-birindən ayıra bilək”, - Braydenstayn deyib.

23
Teqlər:
qayda, davranış, NASA, Ay, kosmos
Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli

"Rusiyaya qalib gəlməyin yolunu tapmışıq": Pentaqon nəyə cəhd göstərir?

21
(Yenilənib 09:59 20.01.2021)
"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. Gələcəkdə yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq.

 

BAKI, 19 yanvar — Sputnik, Andrey Kots. Amerikalılar nüvə enerjisinin hərbi istiqamətini inkişaf etdirmək qərarına gəliblər. Hələlik hakimiyyətdə olan ABŞ Prezidenti Donald Tramp hərbi qüvvələr və kosmik tədqiqatlar üçün kompakt nüvə reaktorlarının hazırlanması barədə fərman imzalayıb. Beləliklə, ABŞ son yarım əsrdə ilk dəfə olaraq atom enerjisindən təkcə Hərbi Dəniz Donanmasında istifadə etməyəcək. Bəs Vaşinqtonu bu addımı atmağa nə vadar edir: Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Rezerv mənbə

ABŞ Silahlı Qüvvələrinin sualtı qayıqlar və təyyarə gəmiləri artıq nüvə reaktorları ilə təchiz edilib. Bunun sayəsində Amerika donanmasının ən nəhəng vımpelləri, demək olar ki, məhdudiyyətsiz dənizlərdə qala bilir.

Digər ölkələrin hərbi dəniz donanmaları da nüvə enerjisindən istifadə edir. Məsələn, Fransanın nüvə mühərrikli təyyarə gəmisi "Şarl de Qoll" və Rusiyaya məxsus ağır raket kreyseri "Pyotr Velikiy". Bununla belə, ABŞ-ın nüvə mühərrikli gəmiləri daha çoxdur. Amerikalılar bu yolda əldə etdikləri ilə kifayətlənmək fikrində deyillər.

Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi ölkədəki bir hərbi obyektdə kiçik nüvə reaktorlarını nümayiş etdirmək üçün plan hazırlayacaq və onu reallaşdıracaq, həmçinin aşağı güclü mobil reaktoru sınaqdan keçirəcək. Bu cür enerji mənbələri Günəş enerjisindən istifadənin qeyri-mümkün olduğu yerlərdə və müdafiə sahəsində dərin kosmik tədqiqatlar üçün əvəzolunmazdır", – deyə Ağ Evin mətbuat xidməti məlumat verib.

Kiçik nüvə reaktorunun nəyə lazım olduğu açıqlanmır. "Defensenews.com" portalının ekspertləri belə hesab edirlər ki, söhbət ordu bazalarının ehtiyat enerji təchizatından gedir. Əgər hərbi obyektdə elektrik olmasa, reaktor mühüm əhəmiyyətli cihazları enerji ilə təmin edəcək. Fərmana əsasən, ilk prototipin sınaqlarına altı ay ərzində başlanmalıdır. Mütəxəssislərin fikrincə, sınaqlar ABŞ-ın ən böyük poliqonlarından biri olan Nevadadakı hərbi meydançada sınaqdan keçiriləcək.

Kosmosun fəthi

"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. O cümlədən, Aya, Marsa və başqa planetlərə uçuşlarda da. Gələcəkdə Yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq. Bəzi mütəxəssislər yeni texnologiyaların orbital silah platformalarında istifadə edilə biləcəyinə də inanır. Prinsipcə, bu ssenari kosmosun potensial döyüş meydanı olduğunu düşünən ABŞ Kosmik Qüvvələrinin kifayət qədər aqressiv doktrinasına uyğun gəlir.

"Məncə, bu amerikalılara, ilk növbədə, kosmik məqsədlər üçün lazımdır," - deyə "Orsenal Oteçestva" jurnalının baş redaktoru Viktor Muroxovski RİA Novosoti-yə müsahibəsində bildirib. "Atom reaktoru" söz birləşməsi müxtəlif mənalarda işlənə bilər. Birincisi, bu uranın parçalanması ilə müşayiət olunan zəncirvari reaksiyaya əsaslanan cihazdır. Rusiyada "Burevestnik" və "Poseydon" üçün artıq oxşar qurğular yaradılıb. İkincisi, peyklərdə, radio mayaklarında və hava stansiyalarında istifadə olunan izotopik nüvə enerji mənbələridir. Onlar daha az effektli olsalar da, güclü radiasiya yaymırlar", Mütəxəssis 1950-60-cı illərdə həm ABŞ-da, həm də SSRİ-də təyyarələr üçün kompakt nüvə reaktoru hazırlamağa cəhd göstərildiyini xatırladır. Bununla birlikdə, həmin layihələrdən imtina edildi - hətta ən böyük təyyarə belə heyətin bioloji müdafiə sistemini çəkib aparmağa qadir deyil. Bu səbədən də böyük təyyarələrdə reaktorların tətbiqi məhdudlaşdırılıb", - V.Muroxovski əlavə edib.

Muraxovskinin sözlərinə görə, indiyə kimi heç bir ölkə pilotlu təyyarələrdə, kiçik tonnajlı gəmilərdə və yerüstü nəqliyyat vasitələrində istifadə edilə bilən kompakt reaktor yaratmağa nail olmayıb.

Radiasiya problemi

Vaxtilə nüvə enerji qurğusu qitələrarası strateji bombardmançı təyyarələri olan "Convair B-36"-lar üçün də işlənib hazırlamışdı. "Convair B-36"-lar 1949-59-cu illərdə ABŞ Hərbi Hava Qüvvələrinin silahlandırmasına daxil edilmişdi.

NB-36H uçan laboratoriyasının burun hissəsinə 12 tonluq qoruyucu kapsul quraşdırılmışdı. Gücü 1 meqavat, diametri 1,2 metr və ağırlığı 16 ton olan sürətli neytron reaktoru bomba yuvasına yerləşdirilirdi. O, uçuş zamanı buraxılmalı və təyyarənin göyərtəsindəki hava girişlərindən daxil olan atmosfer havası ilə soyudulmalı idi. Eksperiment maşını 47 uçuş yerinə yetirdi, lakin nüvə mühərriki yalnız qısa müddət ərzində işə salındı.

Əslində, kifayət qədər cəlbedici ideya idi. Əlavə yanacaqdoldurma həyata keçirilmədən bir neçə sutka havada qala bilən belə uçan aparatdan strateji bombardmançı və ya kəşfiyyat təyyarəsi kimi istifadə oluna bilərdi. Lakin problemlər də az deyildi. Birincisi, hər bir atom təyyarəsi, əslində, ona sahib olan ölkənin öz ərazisinə də düşə biləcək "çirkli" bombadır. İkincisi, "eksperiment göyərtəsi" həm də havada özü ilə birgə radioaktiv maddələr daşıyırdı. Nəhayət, hər bir halda şəxsi heyət ciddi şüalanmaya məruz qalırdı.

ABŞ-da yerüstü texnikaya da nüvə reaktoru quraşdırmağa cəhd göstərilib. Bu 25 tonluq "Chrysler TV-8" tankı heç vaxt kütləvi şəkildə istehsal edilməyib - standart sistemlərin yalnız bir hissəsi ilə təchiz olunmuş tam ölçülü maket şəklində mövcud olub. Tank kiçik bir nüvə reaktorunun qızdırdığı buxar mühərriki ilə idarə edilməli idi. Bununla belə, tank çox mürəkkəb mexanizm hesab edildi, onun döyüş qabiliyyəti isə ənənəvi nəqliyyat vasitələrindən imtina etmək üçün yetərsiz sayıldı. Beləliklə, 1956-cı il aprelin 23-də layihə ləğv olundu.

21
Türkiyədə vətəndaşların vaksinasiyası, arxiv şəkli

Türkiyədə yerli koronavirus peyvəndinin tarixi bilindi

17
(Yenilənib 23:07 19.01.2021)
Bu an mRNT peyvəndlərindən ilkinin heyvanlar üzərində sınaqlarını tamamladıq. Digər iki peyvəndin də insanlar üzərində sınaqlarına başlamaq niyyətindəyik. Bu sınaqlardan əldə edəcəyimiz nəticələr ən gec yanvar ayının şounda ortaya çıxacaq.

BAKI, 19 yanvar — Sputnik. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə Türkiyənin COVİD-19-a qarşı ilk mRNT peyvənd üzrə işlər davam etdirilir. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Səlçuk Universitetinin Tibb fakültəsinin doktoru Nadir Koçak bildirib.

O, qeyd edib ki, bu ilin aprelindən yerli peyvəndin sınaqlarına başlanılacaq: "Yay fəsli bitmədən yerli mRNT peyvəndinin bazar çıxarılması üçün bütün gücümüzlə işləməyə davam edirik".

Nadir Koçak vurğulayıb ki, Türkiyədə tək mRNA peyvəndi əvəzinə 3 fərqli mRNT peyvəndi növü üzərində iş aparılır: "Bunun sayəsində ən effektli peyvəndi müəyyənləşdirərək aprel ayından etibarən insanlar üzərində sınaqlara başlayacağıq. Bu an mRNT peyvəndlərindən ilkinin heyvanlar üzərində sınaqlarını tamamladıq. Digər iki peyvəndin də insanlar üzərində sınaqlarına başlamaq niyyətindəyik. Bu sınaqlardan əldə edəcəyimiz nəticələr ən gec yanvar ayının şounda ortaya çıxacaq".

Türkiyəli doktor qeyd edib ki, hazırlanan peyvənd üçün soyuq zəncirə ehtiyac qalmayacaq: "6 aya qədər otaq istiliyində qala biləcək bir molekula işləyirik".

mRNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT növüdür. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər zülal üçün fərqliı mRNT molekulları işlədilir. DNT'dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir amin turşusu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür. Hüceyrədəki RNT'lərın təxmini olaraq 5% təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

17
 Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

Prezidentin köməkçisi 20 Yanvar-la bağlı açıqlama yayıb

0
(Yenilənib 10:41 20.01.2021)
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq. Şəhidlərimizin ruhu şaddır.

Allah rəhmət eləsin!", - deyə Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

0
Teqlər:
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyev, 20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, 20 Yanvar