COVID-19 artıq nəzarətdən çıxıb

© AFP 2023 / JUAN BARRETOДезенфекция, фото из архива
Дезенфекция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quterreşin sözlərinə görə, çoxları vaksinə ümid edir, amma pandemiyanın dərmanı yoxdur. O vurğulayıb ki, vaksin böhranın öhdəsindən gələ bilməyəcək.

BAKI, 16 sentyabr - Sputnik. Koronavirus pandemiyası artıq nəzarətdən çıxıb. Sputnik Azərbaycan bildirir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

“COVID-19 pandemiyası – böhrandır, həyatımızda heç bir şeyə bənzəməyən böhran. Buna görə də Baş Assambleyanın builki sessiyası əvvəlki heç birinə bənzəməyəcək”, - o əlavə edib.

Baş katib deyib ki, tezliklə bəşəriyyətdə koronavirusa görə ölənlərin sayı 1 milyonu keçəcək və pandemiyanı “qlobal təhlükəsizliyə bir nömrəli təhdid” adlandırıb.

Quterreşin sözlərinə görə, çoxları vaksinə ümid edir, amma pandemiyanın dərmanı yoxdur. O vurğulayıb ki, vaksin böhranın öhdəsindən gələ bilməyəcək.

“Ancaq peyvəndə qlobal ictimai rifah kimi baxmaq lazımdır. Çünki COVID-19 sərhəd tanımır. Bizə vaksin lazımdır, qiyməti münasib və hamı üçün əlçatan olan bir peyvənd”, - baş katib deyib.

Xəbər lenti
0