Bir gündə qonşu ölkədə yüzdən çox şəxs öldü

© AFP 2023 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində koronavirusa 2981 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 410334-ə çatıb

 

BAKI, 16 sentyabr — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2981 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2981 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 410334-ə çatıb. Bir gün ərzində 179 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 23632-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 410334 şəxsdən 352019 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 29,5 milyonu keçib, 930 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0