Venesuela prezidenti Nikolas Maduro, arxiv şəkli

Maduronun əmri yerinə yetirildi: Venesuela ABŞ-ın təyyarəsini vurdu

623
(Yenilənib 11:53 16.09.2020)
Nestor Reverol: Ölkənin hava məkanına qanunsuz olaraq girmiş Amerika qeydiyyat nömrəli narkotik daşıyan təyyarə Suliya ştatında zərərsizləşdirilib

BAKI, 16 sentyabr — Sputnik. Venesuela hərbçiləri narkotik daşıyan ABŞ təyyarəsini vurublar. Bu barədə ölkənin Daxili İşlər naziri Nestor Reverol bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Reverol vurulmuş laynerin fotoşəkillərini "Twitter" səhifəsində paylaşıb.

"Ölkənin hava məkanına qanunsuz olaraq girmiş Amerika qeydiyyat nömrəli narkotik daşıyan təyyarə Suliya ştatında zərərsizləşdirilib", — o, tvitində yazıb.

Venesuela hərbçiləri narkomafiyanın istifadə etdiyi naməlum təyyarələri tez-tez vururlar. Sonuncu dəfə Amerika qeydiyyat nömrəli təyyarə bu ilin iyulunda "neytrallaşdırılıb".

2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava məkanında istənilən narkomafiya təyyarəsini vurmağa icazə verib. Qanun layihəsinin təşəbbüskarı Maduronun sələfi Uqo Çaves olub.

623
Nüvə başlığı, arxiv şəkli

ABŞ rəsmisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

2
(Yenilənib 21:22 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib: "Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

2
Venera planeti (solda qara nöqtə formasında) Günəşin qarşısından keçir, arxiv şəkli

Venera planetində həyat var?!

6
Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.

BAKI, 20 sentyabr — Sputnik. İngiltərə və ABŞ alimləri Veneranın atmosfer tərkibini analiz edərək, bioloji mənşəli olduğu ehtimal edilən element tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, söhbət fosfin elementindən gedir.

Versiyaya görə, fosfin müəyyən orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələ bilər. Bunun doğru olub-olmaması hələ məlum deyil. Ancaq Venerada tədqiqatçıların əvvəllər düşünmədikləri mürəkkəb kimyəvi proseslərin getdiyi göz qabağındadır.

Bu kəşf ALMA rəsədxanası (Çili) və James Clark Maxvell infraqırmızı teleskopu (Havay) ilə edilib. Alimlər hələ illər əvvəl Venerada həyatın mümkünsüz olduğuna inanırdılar. Çünki ora çox isti idi və hava zəhərli maddələrlə dolmuşdu. Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.

Bununla da elm adamları naməlum canlıları təsvir edə biliblər. Belə ki, bu canlılar yaşamaq üçün yüksəklikdə qalmalı və xüsusi bir metabolizma növü istifadə etməlidirlər.

6