İqlim dəyişikliyi, arxiv şəkli

İspaniyada ilk dəfə iqlimlə bağlı məhkəmə başlayıb

200
(Yenilənib 09:50 16.09.2020)
"Greenpeace", "Oxfam intermon" və "Fəaliyyətdə olan Ekoloqlar" (Ecologistas en Accion) Qeyri Hökumət Təşkilatları (QHT) Triosu 2030-cu ilədək tullantıların 55 faiz azaldılmasını tələb etməklə İspaniyada ilk dəfə hökumətə qarşı məhkəmə prosesini başlamağı qərara alıblar.

BAKI, 16 sentyabr — Sputnik. "Greenpeace", "Oxfam intermon" (dünyada Sosial və İqtisadi Bərabərsizliyin Azaldılması Təşkilatı) və "Fəaliyyətdə olan Ekoloqlar" (Ecologistas en Accion) Qeyri Hökumət Təşkilatları (QHT) Triosu 2030-cu ilədək tullantıların 55 faiz azaldılmasını tələb etməklə İspaniyada ilk dəfə hökumətə qarşı məhkəmə prosesini başlamağı qərara alıblar. Buna bənzər məhkəmə proseslərinə başlamaq barədə digər ölkələrdən təşəbbüslər ekoloji qruplar və gənc fəallar tərəfindən irəli sürülüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, burda məqsəd cari onillikdə qlobal istiləşməyə qarşı mübarizədə istixana qazları tullantılarının azaldılması istiqamətində həlledici rol oynayacaq daha sərt tədbirlərin görməsini hökumətdən tələb etməkdir.

İnteqrasiya olunmuş enerji və iqlim planlarını əks etdirən yol xəritəsini 2030-cu ilədək istixana qazı tullantılarının azaldılması üçün Avropa Komissiyası bütün Aİ üzvlərindən tələb edir. Uzunmüddətli strategiya isə əsrin ortalarınadək ölkənin əsas iqlim problemlərini müəyyənləşdirməlidir.

İspaniyadakı iddiaçılar ətraf mühitin mühafizəsinin və adekvat ekoloji qiymətləndirmənin yüksək səviyyədə olmasını, ictimaiyyətin geniş dairəsinin bu sahədə iştirakını tələb edirlər. Onlar həmçinin hökumətdən Paris sazişinin ratifikasiyası zamanı götürülən öhdəliklərə uyğun olaraq istixana qazlarının tullantılarının azaldılması üzrə istiqamətləri müəyyənləşdirməyi xahiş edirlər. Bu isə, 1990-cı ildəki 23 faizlə müqayisədə 2030-cu ildə tullantıların ən azı 55 faiz azalacağı deməkdir.

"Greenpeace" tərəfindən iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətsizlikdə günahlandırılan 39 ölkə hökumətlərinə qarşı analoji iddialar qeydə alınıb. Bu cəhətdən uğurlu olan sonuncu məhkəmə prosesi İrlandiyada baş tutub. Bu yay həmin prosesdə Ali Məhkəmə İcra hakimiyyətini daha iddialı iqlim planı təqdim etməyə məcbur edib.

Ekoloji mübarizənin parlaq nümunəsi kimi Hollandiyanın Qeyri Hökumət Təşkilatı "Urgenda"nı göstərmək olar. Qeyri-kommersiya fondu olan bu təşkilat milli, Avropa və Beynəlxalq Təbiəti Mühafizə müqavilələrinə riayət olunmasına çalışır. QHT "Urgenda" bununla yanaşı, illərlə davam edən mübarizədən sonra hakimləri inandıra bilib ki, onlar, Hollandiya hökumətini tullantıların azaldılması istiqamətində daha ciddi tədbirlər görməyə məcbur edən qərar qəbul etməlidirlər.

"Fəaliyyətdə olan Ekologlar" təşkilatının məlumatlarına görə, 1990-cı ildən bəri tullantılar nəinki azalmayıb, əksinə artıb.

Ekoloqların fikrincə, Paris Sazişinin ən iddialı məqsədinə nail olmaq üçün istixana qazı tullantılarının kəskin şəkildə azaldılması vacibdir: qlobal temperatur sənaye dövrünə qədərki səviyyəyə nisbətən 1,5 dərəcədən çox olmamalıdır.

200
Jurnalist

Xarici jurnalistlər ictimai-siyasi xadimlər Azərbaycana dəstək veriblər

5
Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir

BAKI, 1 oktyabr — Sputnik. Bir sıra ölkələrin ekspertləri, tanınmış jurnalistləri, ictimai-siyasi xadimləri Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi əks-hücum əməliyyatlarına dəstək veriblər. Onlar dünya ictimaiyyətini Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.

Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.

Həmin münasibətlərin bəzilərini təqdim edirik:

Amerikalı jurnalist və analitik İrina Tsukerman: "Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir".

Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib: "1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır".

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: "Şübhəsiz, Qarabağ Azərbaycandır… Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycana birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər".

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: "Soyqırım, işğal və təcavüz".

İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan, heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, "Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir".

5
Teqlər:
Azərbaycan, dəstək, dünya, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur
Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - Türk məşhurlardan dəstək
Azərbaycan bayrağı, arxiv şəkli

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pisləyib

12
(Yenilənib 11:03 01.10.2020)
Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağrılır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.

Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.

12
Teqlər:
erməni təxribatı, Senat, Kolumbiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib
TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil
Rəsmi Bakı: Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyir
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?