Minskdə etirazlar, arxiv şəkli

Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir

900
(Yenilənib 18:55 15.09.2020)
Bazar ertəsi Soçidə Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenkonun görüşü baş tutub. Putin deyib ki, Moskva Minskə 1,5 milyard dollar kredit ayıracaq.

BAKI, 15 sentyabr — Sputnik. Belarus müxalifəti, əgər ölkədə hakimiyyət dəyişərsə, Avropa Birliyindən  4 milyard dollar həcmində kredit götürmək niyyətindədir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Belarusda Hakimiyyətin Ötürülməsi üzrə Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvü Pavel Latuşko bəyan edib. O deyib: 

“Biz (Avropa Birliyindən) faktiki olaraq Belarusun demokratikləşməsi üzrə hərəkət planı gözləyirik. Burada tədbirlər paketi olmalıdır, bu şərq ölkəsinin təklif etdiyi 1.5 milyard dollar yox. Ölkədə iqtisadi durumun stabilləşdirilməsi üçün 3-4 milyard dollar həcmində real maliyyə yardımı edilməlidir”. 

Onun sözlərinə görə, respublika həmçinin borcların restrukturizasiyasına ehtiyac duyur, çünki bu, onun iqtisadiyyatına ciddi surətdə təzyiq göstərir.

Bazar ertəsi Soçidə Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenkonun görüşü baş tutub. Putin deyib ki, Moskva Minskə 1,5 milyard dollar kredit ayıracaq.

900
Əlaqədar
Belarus MSK ilkin nəticələri açıqlayıb
Belarus hökuməti istefa verib
Belarus Prezidenti: Əgər mən getsəm, tərəfdarlarımı doğrayacaqlar
Bayraq festivalı

"Eşkiya dünyaya hökmdar olmaz"ın İlyas Çakırbeylisi Azərbaycan gerbini hazırladı

21
(Yenilənib 00:43 22.01.2021)
Məşhur aktyor iş prossesini özünün "instagram" hesabında paylaşım edib: "Yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər".

BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.

View this post on Instagram

A post shared by Ozan Akbaba (@ozanakbaba)

Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.

21
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

9
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

9
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

0
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

0
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ