BAKI, 15 sentyabr — Sputnik. Donald Trampın seçkiqabağı qərargahı noyabrda ABŞ-da keçiriləcək seçkiyə həsr olunmuş reklam kampaniyasında Rusiya təyyarələrinin və avtomatlarının təsvir olunduğu fotodan istifadə edib.
Sputnik Azərbaycan "Politico" qəzetinə istinadən xəbər verir ki, "Qoşunlarımızı Dəstəklə" çağırışı olan plakatda hərbçilərin siluetləri və fonda uçan üç döyüş təyyarəsi təsvir edilib.
A digital ad released by the Trump Make America Great Again Committee on Sept. 11 calling on people to “support our troops” uses a stock photo of Russian-made fighter jets and weaponshttps://t.co/DfwfTWNKQo
— POLITICO (@politico) September 15, 2020
Qəzet tərəfindən rəyi soruşulan ekspertlər belə bir qənaətə gəliblər ki, fotoda Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələri, həmçinin hərbçilərdən birinin əlində AK-74 tipli avtomat təsvir edilib.
ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. Hazırkı dövlət başçısı Donald Tramp ikinci müddətə namizədliyini irəli sürüb və demokratların namizədi Co Bayden ilə mübarizə aparacaq.
BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.
Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.
BAKI, 19 yanvar — Sputnik. Türkiyə rəhbərliyi yerli şirkətlərə Twitter-də reklam verməyi qadağa edib. Sputnik Azərbaycan Resmi Gazete-ye istinadən xəbər verir ki, buna səbəb Twitter-in sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qərara əsasən Türkiyəyə öz nümayəndəsini təyin etməməsidir.
Qərara əsasən, Türkiyədə Twitter, Periscope, Pinterest-də reklam verən şirkətləri böyük cərimələr gözləyir.
Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayyan bazar ertəsi qeyd edib ki, Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində "Müqəddəs alman Lüteran kilsəsi" barədə videoçarx hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, videoçarxda qeyd olunub ki, xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman Lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib.
Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretski də iştirak edib. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında ərsəyə gəlib.
15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayıb. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak ediblər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib.