Yoluxanların sayı durmadan artır

© REUTERS / DANISH SIDDIQUIЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 064 min 438 yoluxma qeydə alınıb

BAKI, 15 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 29 275 604 milyona çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 928 342 nəfər vəfat edib, 19 861 339 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 554 min 335 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 064 min 438 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0