Həbsxana, arxiv şəkli

Əlini yerinə tikib həbsxanaya göndərdilər: "cəsarətli" qızın sığorta fırıldağı baş tutmadı

16
(Yenilənib 00:06 15.09.2020)
Kəsilmiş əli bilərəkdən evdə qoyublar ki, onu yerinə tikməsinlər və qıza əlillik verilsin. Amma polis əli tapıb və onu yerinə tikiblər.

BAKI, 15 sentyabr — Sputnik. Sloveniyalı Yuliya Adlesiç 755 min avroluq sığorta almaq məqsədilə sol əlini kəsib və nəticədə iki il həbs cəzasına məhkum edilib.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hadisədən bir qədər əvvəl 22 yaşlı Adlesiç bir neçə sığorta şirkəti ilə müqavilə bağlayıb.

Fırıldaqçılıq hərəkətləri baş tutsaydı, Yuliya 755 min avronun yarısını dərhal, qalanını isə aylıq ödənişlər kimi bərabər hissələrdə alacaqdı.

Qızın sevgilisin onun sol əlini dairəvi mişarla kəsməsindən sonra, cütlük xəstəxanaya gedib və bunun bədbəxt hadisə olduğunu iddia edib.

Onlar kəsilmiş əli bilərəkdən evdə qoyublar ki, onu yerinə tikməsinlər və qıza əlillik verilsin. Amma polis kəsilmiş əli tapıb və onu yerinə tikiblər.

İşə əlavə sübut kimi müstəntiqlər Yuliyanın sevgilisinin internetdə "süni əl necə işləyir" kimi axtarışlar etdiyini aşkar ediblər.

Qıza sığorta ilə bağlı fırıldaqçılıq hərəkətlərinə görə iki il həbs cəzası verilib, sevgilisi isə üç il azadlıqdan məhrum edilib.

16

Çin Azərbaycan Ermənistanı siyasi dialoqa çağırdı

18
(Yenilənib 12:41 28.09.2020)
"Çin regional sülhün və sabitliyin təmin edilməsinin Ermənistan və Azərbaycan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini qəbul edir."

BAKI, 28 sentyabr — Sputnik. Çin ümid edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı son gərginlik fonunda sakitlik və təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını siyasi yolla həll edə biləcəklər.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bazar ertəsi brifinqdə deyib.

"Çin regional sülhün və sabitliyin təmin edilməsinin Ermənistan və Azərbaycan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini qəbul edir. Ümid edirik ki, müvafiq tərəflər sakitlik və təmkin nümayiş etdirəcək, vəziyyətin daha da gərginləşməsindən qaçacaq və mövcud ziddiyyətləri və fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər", - diplomat bildirib.

18
Чрезвычайный и полномочный посол Армении в России Вардан Тоганян

Ermənistan səfiri ATƏT-ə yalvarır: "Müdaxilə edin"

93
"Təcili (görüşə) çağırış məsələsi Minsk Qrupunun müstəsna hüququdur... Lakin vəziyyət aydındır və o, həmsədrlərin sürətli müdaxiləsini tələb edir", – Ermənistan səfiri bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Dağlıq Qarabağ ətrafındakı vəziyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən sürətli müdaxiləni tələb edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

"Təcili (görüşə) çağırış məsələsi Minsk Qrupunun müstəsna hüququdur... Lakin vəziyyət aydındır və o, həmsədrlərin sürətli müdaxiləsini tələb edir", – səfir bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri qarşı tərəfin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

93
(1:49 / 13.00Mb / просмотров видео: 3)

Tərtər sakinlərinin narahat gecəsi: yaşayış binaları mərmi atəşləri altında

7
Qarşı tərəfin axşamüstü atılan mərmilərindən biri Tərtərin rayon mərkəzindəki yaşayış binasının yaxınlığına, digər isə Olimpiya kompleksinin yaxınlığına düşüb. Binalara zərər dəyməsə də, ətraf ərazilərdə fəsad var.

Daha bir mərmi icra nümayəndəliyi binasının yaxınlığına düşüb. Nəticədə binaya zərər dəyib, şüşələr, pəncərələr sınıb. Heç bir hadisədə xəsarət alan olmayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri qarşı tərəfin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

7