SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampın acığına keçmiş rəqibinə 100 milyon dollar verəcək

© REUTERS / Brian SnyderБывший мэр Нью-Йорка Майкл Блумберг
Бывший мэр Нью-Йорка Майкл Блумберг - Sputnik Azərbaycan
Abunə olmaq
Vəsaitin əsasən ingilis və ispan dillərində televiziya və internet reklamlarına sərf olunması planlaşdırılır

BAKI, 13 sentyabr — Sputnik. ABŞ prezidentliyinə keçmiş namizəd, milyarder Maykl Blumberq Co Baydenin Floridadakı seçki kampaniyasına 100 milyon dollar ayırmaq niyyətindədir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Washington Post Blumberqin müşavirinə istinadən yazıb.

Blumberq Donald Trampın öz seçkiqabağı kampaniyasına şəxsi vəsaitindən 100 mln dollar ayıracağı xəbərindən sonra özünün keçmiş rəqibinə kömək etmək istəyib. Üstəlik bunun üçün məhz Floridanı seçib, çünki bu ştatın seçiciləri arasında hər iki namizədin tərəfdarları var.

“Səsvermə Floridada sentyabrın 24-də başlanacaq. Ona görə də bu ştata real kapitalın axıdılmasına kəskin ehtiyac var”, - müşavir Kevin Şiki deyib.

Vəsaitin əsasən ingilis və ispan dillərində televiziya və internet reklamlarına sərf olunması planlaşdırılır.

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılıb. Növbəti 4 ildə ABŞ-a rəhbərlik etmək üçün hazırkı Prezident Donald Trampla sabiq vitse-prezident Co Bayden bir-birinə rəqib olub.

 

Xəbər lenti
0