Üzüm məhsulu, arxiv şəkli

Prezident ləyən götürüb üzüm yığmağa getdi - FOTO

43
Kaxetidə, Gürcüstanın əsas kələsər diyarında, qızğın üzüm yığımı gedir. İndiyədək 24 min ton üzümü emala veriblər

BAKI, 13 sentyabr — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində rtvelidən – üzüm yığımından şəkillərini paylaşıb.

Fotoda dövlət başçısı əlində ağzınadək üzümlə dolu mavi ləyən tutub. Təbəssümündən də bəllidir ki, prezident xanım prosesdən böyük həzz alır.

Sputnik Gürcüstan bildirir ki, “rtveli” adlanan üzüm yığımı mövsümü bu il Kaxetidə avqustun 22-də başlayıb. Fermerlər əsasən üzümün erkən sortlarını yığırlar. Milli Şərab Agentliyinin məlumatına görə, indiyədək Kaxetidə 24 min ton üzüm yığılıb ki, bu da 24 milyon lari edir.

Adətən, rtvelidə siyasətçilər, diplomatlar, ictimai xadimlər, artistlər, eləcə də milli ənənələri qoruyanlar böyük həvəslə iştirak edirlər.

İllərdir, rtveli zamanı əyləncəli tədbirlər, yarışlar, konsertlər keçirilir. Ancaq koronavirus pandemiyası səbəbindən bu il Gürcüstanda rtvelinin bağlanışının necə keçəcəyi bəlli deyil.

İndiyədək “Rtveli-2018” ən uğurlu hesab olunur. O zaman Kaxetidə 230 min ton üzüm yığılıb, fermerlərin gəliri isə 300 milyon larini (90 milyon dollardan çox) aşıb. Bu mövsümdə də bol məhsul gözlənilir.

43
Teqlər:
məhsul, yığım, üzüm, Salome Zurabişvili, Gürcüstan, prezident
Ərdoğan və Merkel

Merkeldən Ərdoğana dəstək, dünyanın düzənini dəyişmək istəyirlər

1
(Yenilənib 18:21 22.09.2020)
Qlobal problemlər milli sərhədlərdən asılı olmayaraq razılaşma və əməkdaşlıq tələb edir. Çox vaxt Təhlükəsizlik Şurası vacib qərarlar verilməli olduqda bloklanır

BAKI, 22 sentyabr — Sputnik. Almaniya Kansleri Angela Merkel BMT-də islahatların aparılmasının vacibliyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Almaniya Kansleri təşkilatın 75 illiyi ilə bağlı BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib.

Merkel qeyd edib ki, Berlin BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi prosesinin təşəbbüskarı rolunu öz üzərinə götürə bilər.

"Qlobal problemlər milli sərhədlərdən asılı olmayaraq razılaşma və əməkdaşlıq tələb edir. Çox vaxt Təhlükəsizlik Şurası vacib qərarlar verilməli olduqda bloklanır", - deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə BMT Təhlükəsizlik Şurasının müasir standartlara cavab vermədiyini və qurumda islahatların aparılmasının vacibliyini vurğulayıb.

1
Teqlər:
dünya, Merkel, Rəcəb Tayyip Ərdoğan, Təhlükəsizlik Şurası, BMT
Əlaqədar
Lavrov dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən gileylənib
Ərdoğan dəhşətli faktları açıqladı: Müsəlmanların taleyi beşlikdən asılı ola bilməz
Prezident siyasi partiyalarla dialoq barədə: Bu, bizim siyasi sistemimizi gücləndirəcək
İlham Əliyev: BMT-ni Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı
ABŞ-da epidemioloji vəziyyət

Bir gündə 50 mindən çox şəxs koronavirusa yoluxdu

2
(Yenilənib 17:25 22.09.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 22 sentyabr — Sputnik. ABŞ-da bir gündə koronavirusa yoluxanların sayı 57070 nəfər artıb. Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir ki, bu ölkədə COVID-19-a yoluxanların sayı 6,8 milyonu keçib.

Mütəxəssislərin fikrincə, ABŞ-da pandemiyanın başlamasından bəri 6 858 130 şəxs bu infeksiyaya yoluxub. Ümumilikdə 199886 pasiyent bu virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,3 milyonu keçib, 93 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

2
Teqlər:
Uhan, ölüm, yoluxma, dünya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!
Dil çaşar, sözün düzünü deyər? Bayden 200 milyon amerikalının öləcəyini bildirib