Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

“Belarus vergilərin olduğunu unudacaq”

1326
IT işçiləri həmçinin Lukaşenkodan Müstəqillik Sarayını tərk edərək səsgücləndirici ilə Belarus xalqından üzr istəməyi tələb ediblər

BAKI, 13 sentyabr — Sputnik. Belarusun Hakerlər və IT işçiləri birliyi ölkənin Prezidenti Aleksandr Lukaşenkonu vergi, enerji və bank sistemlərini çökdürəcəkləri ilə hədələyib.

Sputnik Azərbaycan bildirir ki, onlar öz müraciətlərini «Кибер Партизаны» Telegram kanalında dərc ediblər.

Hakerlər deyiblər ki, əgər həbslər dayandırlmasa və Lukaşenko vəzifəsindən getməsə, “Belarus vergilərin nə olduğunu unudacaq”.

“Aleksandr Qriqoyeviç, şəxsən Sizə müraciət edirik. Ağrılı olacaq, əvvəl vergi sistemi çökəcək, sonra ölkədə elektrik enerjisi tükənək, ardınca da bank sistemi batacaq... Bu sizə lazımdır?” – yazan hakerlər həmçinin “rublu öldürməyi” və Lukaşenkonun yaxın dostlarının hesablarını dondurmağı da vəd ediblər.

IT işçiləri həmçinin prezidentdən Müstəqillik Sarayını tərk edərək səsgücləndirici ilə Belarus xalqından üzr istəməyi tələb ediblər.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Etiraz aksiyalarında yüzlərlə şəxs həbs olunub, 4 nəfərin həlak olduğu bildirilir.

1326
Teqlər:
həbslər, etirazlar, çökmə, sistem, bank, enerji, vergi, hakerlər, Aleksandr Lukaşenko, Belarus
Əlaqədar
Belarusa qarşı sanksiyalar niyə qəbul edilməyib - Lepexin səbəbi açıqladı
Hakimiyyəti heç kimə verməyəcəyəm – Lukaşenko
Belarus Prezidenti: Əgər mən getsəm, tərəfdarlarımı doğrayacaqlar
Lukaşenkonu son anda bunlar xilas edib - Üstü açıldı
"Belarusdakı hadisələr Rusiyaya qarşı deyil" – Tixanovskaya
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN Qarabağdakı təxribatla bağlı bəyanat yaydı

31
(Yenilənib 12:58 27.09.2020)
"Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını, əlbəttə, istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır" - Türkiyə XİN

BAKI, 27 sentyabr — Sputnik. “Beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərdi”.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd,  Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını, əlbəttə, istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq”.

“Beynəlxalq ictimaiyyəti də haqlının yanında durmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və Can Azərbaycana başsağlığı diləyirik”.

31
Teqlər:
bəyanat, Türkiyə XİN, münaqişə, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı
Cəbhədə yaralanan vətəndaşlarımızın adları açıqlandı
Ermənistanda hərbi vəziyyət və səfərbərlik elan edildi
Yerevan mənzərəsi

Ermənistanda hərbi vəziyyət səfərbərlik elan edildi

84
(Yenilənib 12:54 27.09.2020)
Bu gün saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar,müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub

BAKI, 27 sentyabr — Sputnik. Ermənistan hökuməti ölkədə hərbi vəziyyət elan edib və səfərbərlik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökuməti qərar verib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

84
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
Cəbhədə yaralanan vətəndaşlarımızın adları açıqlandı
Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır bunu gizlətmir

0
Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycna torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistanın hərbi təxribatlarının səbəbləri barədə danışarkən bildirib.

Müraciətdə deyilir: "Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar və qeyri-konstruktuiv və yalançı siyasəti nəticəsində hazırda faktiki olaraq danışqılar dayanıbdır və növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir
Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı
Ermənistanda hərbi vəziyyət və səfərbərlik elan edildi
Türkiyə XİN Qarabağdakı təxribatla bağlı bəyanat yaydı
Ermənistan ordusunun atəşi nəticəsində Goranboy sakini yaralandı