BAKI, 13 sentyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında yaşayış məntəqələri ilə sənaye mərkəzlərinə ciddi ziyan vuran alov burulğanını videoya çəkiblər.
Sputnik Azərbaycan bildirir ki, kadrları Baza nəşri özünün Telegram kanalında yayıb.
Quş uçuşu məsafəsindən çəkilən videoda uzaqda od burulğanının necə fırlandığı görünür. Səma qıpqırmızı rəngdədir, həyəcan siqnalı eşidilir.
Alov burulğanı nadir hadisədir, bu zaman havanın və ətrafdakı obyektlərin temperaturu 10000 C-yə çata bilər. Bu cür burulğanın yaxınlığında olan hər şey yanır və ya əriyir.
ABŞ-ın qərbini cənginə alan rekord sayda güclü meşə yanğınları səbəbindən ən azı 23 nəfər həyatını itirib. 12 ştatda yüzlərlə insanın evi məhv olub. Ən çox ölüm sayı isə Kaliforniyadadır, burada 19 nəfər alovların qurbanı olub.
Sakinlər baş verənləri qiyamət əlaməti kimi qəbul edirlər. Ekspertlər isə bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.