ABŞ HHQ-yə məxsus təyyarə, arxiv şəkli

ABŞ-ın kəşfiyyat təyyarəsi İranın hava sahəsinə girib

12
(Yenilənib 19:42 12.09.2020)
İran Ordusundan verilən açıqlamada deyilib ki, İran istehsalı olan pilotsuz uçan aparat "Kerrar" tərəfindən ABŞ təyyarəsi və PUA-lar ərazidən uzaqlaşdırılıb.

BAKI, 12 sentyabr — Sputnik. ABŞ-ın kəşfiyyat təyyarəsi və pilotsuz uçan aparatları İranın hava sərhədini pozub.

Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, İranın Hərbi Hava Qüvvələri ABŞ-ın bir kəşfiyyat təyyarəsini və iki pilotsuz uçan aparatını (PUA) İranın hava sahəsinə girdiyini təsbit ediblər.

Bu hadisə baş verən zaman İranın cənubunda "Zülfüqar" adlı hərbi təlimlər keçirilirmiş.

İran Ordusundan verilən açıqlamada deyilib ki, İran istehsalı olan pilotsuz uçan aparat "Kerrar" tərəfindən ABŞ təyyarəsi və PUA-lar ərazidən uzaqlaşdırılıb. ABŞ təyyarəsi İran Ordusunun hava hücumundan müdafiə bölmələrinin radar sistemi tərəfindən aşkar edilib.

12
Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstanda yeni antirekord yoluxma qeydə alındı

39
(Yenilənib 11:45 26.09.2020)
Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

BAKI, 26 sentyabr — Sputnik. Ötən gün ərzində Gürcüstanda 296 yeni koronavirus yoluxması qeydə alınıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu pandemiya başlayan gündən ən yüksək göstəricidir.

Bundan əvvəlki antirekord isə 265 yoluxma faktı idi. Xatırladaq ki, ölkədə bu günə qədər 4960 fakt qeydə alınıb. Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

Hazırda 5584 nəfər karantindədir. 41 Gürcüstan vətəndaşı müalicə üçün başqa ölkələrə gedib.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma halı fevarlın 26-sı qeydə alınıb.

39
Politoloq Ramiyə Məmmədova

Politoloq: “Türkiyənin aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir”

227
(Yenilənib 10:23 26.09.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Aralıq dənizində Türkiyənin ən güclü olduğu yer Kiprdir:

“Türkiyə adada hərbi baza yaratmağa çalışır və yunan Kipri ilə hər hansı birləşmənin tərəfdarı deyil. Bu gün Türkiyənin Aralıq dənizindəki aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir. Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir. Əgər Avropa Birliyi sanksiya tətbiq edərsə, bu Türkiyəyə ziyan vura bilər”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

227
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, siyasət, gərginlik, Aralıq dənizi, Kipr, Yunanıstan, Türkiyə
Əlaqədar
Yunanıstandan Türkiyəyə növbəti hədə
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Makron Aralıq dənizində baş verənlərə görə Türkiyə və Rusiyanı ittiham etdi
Maska taxmış oğlan, arxiv şəkli

Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...

0
"Maska ağızda tərləyir. Əgər parçada kimyəvi boyadan istifadə edilibsə, bu əlbəttə ki, uşağın tənəffüs yolları üçün ziyandır. Parçanın üzərində əks olunan şəkillərin hansı boyadan çəkildiyinə diqqət etmək lazımdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Koronavirusdan qorunmaq üçün artıq uşaqlar da maska taxır. Ən çox diqqət çəkən məqam isə uşaqların tibbi maska deyil, üzərində müxtəlif cizgi filmlərinin qəhrəmanlarının əksi olan naxışlı, şəkilli parça maskalardan istifadə etməsidir. Bir sıra tibb mütəxəssisləri bu maskaların koronavirusa qarşı qoruyucu təsirə malik olmadığını, əksinə zərərlərinin olduğunu bəyan edir. Həkimlərin fikrincə, kiçik yaşlı uşaqlara taxılan, üzərində müxtəlif rəsmlər çap olunmuş maskalar təhlükə yaradır.

Türkiyənin qulaq, burun və boğaz xəstəlikləri uzmanı, dosent Muhammed Fatih Evcimik bununla bağlı valideynlərə xəbərdarlıq edib. Yerli mediaya açıqlama verən mütəxəssisin sözlərinə görə, boyanmış, üzərinə naxışlar, fotolar çap edilən, yapışdırılan maskalar müəyyən standartlara uyğun olmadığı halda sağlamlıq üçün ciddi problemlər yarada bilər. O, tövsiyyəsində bildirir ki, bu cür maskalardan mümkün qədər istifadə etməməlidirlər: "Bu maskalar yuyula bildiyi üçün virusdan qorumaq əvəzinə bir çox xəstəliklərə yol açır. Beləliklə, ailələr uşaqları virusdan qorumağa çalışarkən daha böyük xəstəliklərə səbəb ola bilərlər. Maskalar tənəffüslə birbaşa təmasda olduğuna görə diqqətli olmaq lazımdır. Son zamanlarda xüsusilə kiçik yaşlı uşaqlarda rəngli, parça maskaları görürük. Cizgi filmi personajları uşaqların daha çox diqqətini cəlb etdiyi üçün bu maskalara üstünlük verirlər. Ancaq təəssüf ki, bu boyalı maskalar allergik uşaqlar üçün xüsusilə problemlidir, çünki birbaşa onunla nəfəs alırlar. Bu maskalar uşaqlarda nəfəs darlığına səbəb ola bilər. Xüsusilə allergiyası olan uşaqlarda burun qaşınır, asqırma olursa, bu kimi problemlər maska istifadəsi zamanı ortaya çıxırsa, maskalardakı kimyəvi maddələrin allergiyanı alovlandırdığını düşünmək olar. Digər bir problem, istifadə olunan boya standartlara uyğun olmadığı təqdirdə maska üzərindəki boya hissəcikləri tənəffüs yollarından keçib digər problemlərə səbəb olur. İstifadə edilən material və boyanın tərkibi kimyəvi deyilsə, problem olmur. Ancaq ümumiyyətlə, ailələr onlardan dəfələrlə istifadə edirlər. Bu da həmin boya hissəciklərinin tənəffüs yollarına daxil olmasına səbəb olur. Boyanın kanserogen təsiri varsa, daha ciddi problemlərə səbəb ola bilər. Ailələr bu maskalardan mümkün qədər istifadə etməməlidirlər. Bu cür parça maskalarından mümkün qədər çəkinərək tibbi, cərrahi maskalardan istifadə etmək lazımdir".

Həkim, evdən bayıra çıxanda və ya qapalı yerlərdə mümkün qədər tibbi, cərrahi maskalar taxmağı, onları da 3 saatdan artıq olmadan istifadə etməyi tövsiyə edib.

Sputnik Azərbaycan son günlər ictimai nəqliyyatda tez-tez rastlaşdığımız, uşaqların istifadə etdiyi rəsmli, rəngli parça maskaların oların orqanizmi üçün təhlükəsini araşdırıb.

Həkim-dermatoloqu Sevinc Kərimova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların əksəriyyəti virus daşıyıcıdır. Bu baxımdan uşaqların maska istifadə etmələri yaxşı haldır: "Amma nəzərə almaq lazımdır ki, uşaqların istifadə etdiyi şəkilli, boyalı tibbi maskalar sintetik parçadan hazırlanır. Bu zaman həmin maskada dermatitlər ola bilər: " Haqqında danışdığımız maskalar bəzən kontakt dermatitə səbəb olar . Mənə yay boyu dermatitlə bağlı bir uşaq müraciət edib. Bununla belə həmin parçalar məsamələri çox sıx olduğu üçün qoruma baxımından məqsədəuyğundur. Belə parçaların məsaməsi daha sıx olduğu üçün ətrafdan virus keçirmir".

S. Kərimova deyir ki, bu cür maskaların uşaqların tənəffüsünə zərəri yoxdur: "Bu maskalar sintetik liflər olduğu üçün daha çox tərlədir. Atopik dermatiti olan uşaqlarda ola bilər ki, dermatit inkişaf etsin. Amma bu yüksək faiz deyil. Əksinə, tibbi maskaların ölçüsü böyük olduğu üçün uşağın tənəffüs orqanlarına hava kütləsi keçə bilər. Amma parça maskalar ağız burun nayihəsini tam örtür. Mən belə düşünürəm ki, bu maskaların uşaqların sağlamlığına elə bir təhlükəsi yoxdur".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların rəngli, üzəri boyalı, şəkilli parça maskalardan istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır: "Ən yaxşısı üç qatlı tibbi maskalardır. İndi bəzən uşaqlara üzərində hansısa cizgi filminin qəhrəmanı olan maska taxırlar. Bu onları maskadan istifadəyə həvəsləndirmək üçündür. Amma bu zaman maskanın hazırlandığı parçanın keyfiyyətinə də diqqət yetirmək lazımdır. Maska ağızda tərləyir. Əgər parçada kimyəvi boyadan istifadə edilibsə, bu əlbəttə ki, uşağın tənəffüs yolları üçün ziyandır. Parçanın üzərində əks olunan şəkillərin hansı boyadan çəkildiyinə diqqət etmək lazımdır. Maska məsələsində hər kəs dəbi yox, sağlamlığı düşünməlidir. Bəzən böyüklər də geyindikləri paltarın rəngində maska taxır. Bu zaman parçanın keyfiyyəti, parçanın rənglənməsində istifadə edilən boyanın tərkibinə diqqət yetirmək lazımdır. Mən məsləhət görərdim ki, həm böyüklər, həmçinin də kiçiklər üç qatı olan tibbi maskaya üstünlük versinlər. Bu maskalar sağlamlıq üçün daha təhlükəsizdir".

0