ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Bu dəfə Tramp dünyanı təhdid etdi Elə silah sistemlərimiz var ki...

17
Bu arada ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, Prezident Donald Trampın səyləri sayəsində ABŞ ordusu planetdə ən güclü ordu ola bilib

BAKI, 11 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsində dünyada heç kimin malik olmadığı ən yeni silah sistemləri var. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Bizdə bəzi sistemlər var ki, onlar barədə heç kim bilmir. Düzünü desəm, mənə elə gəlir ki, belə davam etsə, daha yaxşı olar. Bizim bəzi inanılmaz sistemlərimiz var", - deyə Prezident qeyd edib.

O, eyni zamanda əlavə edib ki, hazırda ABŞ Silahlı Qüvvələri öz gücünün pik həddindədir: "Çünki son 3,5 ildə ABŞ rəhbərliyi silahli qüvvələrə 2,5 trilyon dollara kimi yatırım edib".

Bu arada ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, Prezident Donald Trampın səyləri sayəsində ABŞ ordusu planetdə ən güclü ordu ola bilib.

"Son 3,5 ildə silahlanmaya 300 yeni tank tədarük olunub, təxminən 500-ə qədər "F-35" qırıcılarının silahlanmaya tədarükü gözlənilir. 2016-cı ildən bəri 12 gəmi istismara verilib və daha 59 gəminin istismara verilməsi nəzərdə tutulur", - deyə Pens qeyd edib.

17
Teqlər:
təhdid, silah, Donald Tramp
Əlaqədar
İran təkzib etdi – Ərazimizdən Ermənistana hərbi texnika daşınmır
Şoyqu hansı ölkələrin bioloji silah yaratdığını açıqlayıb
ABŞ hipersəs qanadlı raketi sınaqdan keçirib
Lavrov risklərdən danışdı - II Dünya müharibəsi dövründən də çoxdur
Əlac Trampa qalıb - Baydenin prezident seçilməsinin dəhşətli nəticələri açıqlanıb

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

13
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

13
Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan Bayrağı dalğalanı

Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil

67
Ermənistan Baş naziri dövlət strukturları və yerli özünüidarə orqanlarının rəhbərlərinə könüllü dəstələrin yaradılması barədə təlimatla müraciət edib.

BAKI, 21 oktyabr — Sputnik. "Bu gün Azərbaycan Qarabağın kapitulyasiyasından başqa heç nəyə razı deyil. Bu arada ermənilər bunun onlar üçün nə anlama gələcəyini yaxşı anlayırlar". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayımda müraciətində bildirib.

Bundan əlavə, Ermənistan Baş naziri dövlət strukturları və yerli özünüidarə orqanlarının rəhbərlərinə könüllü dəstələrin yaradılması barədə təlimatla müraciət edib.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son on gündə üçüncü dəfə Moskvaya səfər edib. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da bu gün Rusiya paytaxtında rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bir qədər öncə isə Paşinyan Facebook-da canlı yayım açaraq: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur və hələ uzun müddət də olmayacaq", - deyə bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

67
Teqlər:
etiraf, Nikol Paşinyan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Necə qaçdılarsa, yada düşmədi: ermənilərin döyüş meydanında "unutduğu" texnika - FOTO
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır
MN: “Ermənistan SQ-nin qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb”
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ" qardaş Türkiyəni seçdi

0
(Yenilənib 17:48 21.10.2020)
Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.

0
Teqlər:
qrup mərhələsi, Avropa Liqası, Türkiyə, Qarabağ futbol klubu
Əlaqədar
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"