Böyük Britaniyada epidemioloji vəziyyət

Koronavirusa yoluxanların sayı 28 milyonu keçdi

7
(Yenilənib 11:43 11.09.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 397 min 227 nəfərə çatıb

BAKI, 11 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 28 171 109-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 909 164 nəfər vəfat edib, 18 994 237 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 397 min 227 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 042 336 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"

11
(Yenilənib 14:37 23.09.2020)
Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır

BAKI, 23 sentyabr — Sputnik. Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Sputnik Azərbaycan Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

© Photo : Milli Mejlis of the Azerbaijan Republic
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova arasında görüş

Lavrov qeyd edib ki, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir:

"Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır".

Milli Məclisin Sədri Sahibə Qafarova ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olaraq əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə etdi.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11
Teqlər:
Qarabağ, Sahibə Qafarova, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko gizli olaraq and içir

4
(Yenilənib 13:27 23.09.2020)
Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

BAKI, 23 sentyabr — Sputnik. Aleksandr Lukaşenko Belarus prezidentinin səlahiyyətlərinin icrasına başlayıb. Sputnik Belarus xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutur.

Qeyd olunur ki, mərasimdə yüzlərlə insan – məmurlar, parlamentarilər, KİV rəhbərləri, mədəniyyət və idman nümayəndələri, digər rəsmilər iştirak edir.

Belə ki, Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

4