Mİnskdə etirazlar, arxiv şəkli

Belarusa qarşı sanksiyalar niyə qəbul edilməyib - Lepexin səbəbi açıqladı

18
(Yenilənib 18:16 10.09.2020)
Avrasiya İqtisadi Birliyi İnstitutunun Baş direktoru Vladimir Lepexin: Böyük Avropa ölkələri öz mövqelərini çoxdan dəyişiblər, onlar ümumiyyətlə iqtisadi sanksiyalar elan etməkdə maraqlı deyillər.

BAKI, 10 sentyabr — Sputnik. Kipr Avropa İttifaqı (Aİ) tərəfindən Belarusa qarşı sanksiyaların qəbul olunmasına mane olub. Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, Kipr Minskə qarşı təklif olunan tədbirlərlə razılaşmayıb və Aİ-nin sanksiya siyahısına təbii qaz hasilatı üzrə qazma işlərində iştirak edən Türkiyənin yeddi şirkətinin daxil edilməsinə nail olmağa çalışıb.

Belarusa qarşı sanksiyaların qəbul edilməsi üçün Avropa İttifaqının 27 ölkəsinin hamısının razılığı lazımdır.

Avrasiya İqtisadi Birliyi İnstitutunun Baş direktoru Vladimir Lepexin Sputnik radiosunun efirində bildirib ki, Aİ-də sanksiyalarla bağlı çoxdandır ki, birlik yoxdur. 

"Biz görürük ki, iki böyük Avropa ölkəsi – Fransa və Almaniya – öz mövqelərini çoxdan dəyişiblər, onlar ümumiyyətlə iqtisadi sanksiyalar elan etməkdə maraqlı deyillər. Yəni, Avropada parçalanma var. Və əlavə sanksiyalar elan etmək üçün əvvəlki kimi birlik və arzu yoxdur", – Lepexin bildirib.

Bundan əvvəl Aİ Belarusda keçirilmiş prezident seçkilərini ədalətli və dürüst hesab etmədiyini və onların nəticələrini tanımaqdan imtina etdiyini bildirib. Bundan başqa, Avropa İttifaqının liderləri "nümayişçilərə qarşı zorakılığın tətbiqinə" və "seçkilərin saxtalaşdırılmasına" görə Minskə fərdi sanksiyaların tətbiqinə dair razılığa gəliblər. Artıq Estoniya, Latviya və Litva 30 belaruslu rəsmi şəxsin öz ərazilərinə girişinə qadağa qoyub.

Avropa Komissiyasının mətbuat xidmətinin və Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stanonun sözlərinə görə, Avropa İttifaqı Belarusdakı vəziyyətlə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağı şəxslərin siyahısı üzərində işi davam etdirir.

18
Əlaqədar
Lukaşenkonu son anda bunlar xilas edib - Üstü açıldı
Jan-Pyer Bakri, arxiv şəkli

Dünya şöhrətli aktyor xərçəngə məğlub oldu

5
(Yenilənib 11:25 19.01.2021)
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib.

BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.

Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.

5
Twitter tətbiqinin loqosu, arxiv şəkli

Türkiyədə Twitter-də reklam vermək qadağan olundu

6
(Yenilənib 11:23 19.01.2021)
Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

BAKI, 19 yanvar — Sputnik. Türkiyə rəhbərliyi yerli şirkətlərə Twitter-də reklam verməyi qadağa edib. Sputnik Azərbaycan Resmi Gazete-ye istinadən xəbər verir ki, buna səbəb Twitter-in sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qərara əsasən Türkiyəyə öz nümayəndəsini təyin etməməsidir.

Qərara əsasən, Türkiyədə Twitter, Periscope, Pinterest-də reklam verən şirkətləri böyük cərimələr gözləyir.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayyan bazar ertəsi qeyd edib ki, Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

6
Teqlər:
reklam, Türkiyə, Twitter
Qarla örtülmüş yol nişanı, arxiv şəkli

Temperatur daha 4-5 dərəcə enəcək - FAKTİKİ HAVA

0
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir

BAKI, 19 yanvar — Sputnik. Sarıbaş, Zaqatala, Oğuz, Şəki, Qəbələ, Balakən, Göygöl, Quba, Gədəbəy, Qrız, Daşkəsən, Ağdərə (Ordubad), Qusar, Şabran, Şahbuz, Naxçıvan, Altıağacda qar yağıb.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, əksər rayonlarda hava yağıntılı olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Kişçayda (Şəki) 15, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən, Qrızda 5, Oğuz, Şəki, Quba, Altıağacda 2, Ağdərə (Ordubad), Qəbələ, Qusar, Xaltanda 1 sm olub.

Yağışın miqdarı Şəmkir, Ağstafada 3, Tovuz, Gəncə, Zərdabda 2, Nabran, Göyçay, Tərtər, Bərdə, Mərəzə, Lənkəran, Cəfərxan, Sabirabad, Astara, Kürdəmir, Bakı, Sumqayıt, Binədə 1 mm olub.

Qərb küləyi Naftalanda arabir 30, Neftçalada 25, Xınalıqda 24, Daşkəsəndə 23, Gəncədə 20, Gədəbəy, Yardımlı, Şəmkir, Tərtərdə 16 m/s olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 20, Neft Daşları, Pirallahıda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.9 metrə çatıb.

Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.

0
Teqlər:
soyuq, temperatur, hava