Qazprom

"Qazprom" Ermənistanda min nəfəri işdən çıxartdı

13
(Yenilənib 19:33 09.09.2020)
"Qazprom Ermənistan" rəhbərliyi orta tarifə görə qazın qiymətini ucuz hesab edərək, onu 283,14 dollara qaldırılmağı təklif edib. Lakin tənzimləyici qurum qiyməti yalnız 266,71 dollara qaldırıb

BAKI, 9 sentyabr — Sputnik. "Qazprom Ermənistan" şirkətinin əməkdaşlarının əməkhaqları 20 faiz azaldılıb, minə yaxın əməkdaşı isə işdən çıxarılıb.

Sputnik Ermənistan şirkətin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, belə bir "cəza" Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Üzrə Milli Komissiyasının qaz tariflərini kəskin şəkildə artırmamaq qərarı ilə bağlıdır.

"Qazprom Ermənistan" rəhbərliyi orta tarifə görə qazın hər min kubmetri üçün 255,06 dollar qiymətini ucuz hesab edərək, onu 283,14 dollara qaldırılmağı təklif edib. Lakin tənzimləyici qurum qiyməti yalnız 266,71 dollara qaldırıb.

Lakin əslində ev təsərrüfatları üçün qazın qiyməti ümumiyyətlə dəyişməyib, iri müəssisələr və aqrobiznes üçün isə məbləğ "Qazprom Ermənistan" şirkətinin tələb etdiyindən az artıb.

Qərarın qəbul edildiyi gün, iyulun 19-da, şirkətin Baş direktoru Qrant Tadevosyan müəssisədə əmək haqları və maliyyə vəsaitləri arasında disbalansın yarandığını bildirib.

"Qazprom Ermənistan" tamamilə Rusiyanın "Qazprom" şirkətinə məxsusdur.

 

13
Teqlər:
qaz, ucuz, işdən qovulma, əməkdaş, Ermənistan, "Qazprom"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi

11
(Yenilənib 23:55 21.09.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlarını qoruyan vəkillər Yunanıstanın "Demokratiya" qəzetini onun haqqında məqaləyə təhqiredici başlıq qoyduqlarına görə məhkəməyə veriblər.

BAKI, 21 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlarını qoruyan vəkillər Yunanıstanın "Demokratiya" qəzetini onun haqqında məqaləyə təhqiredici başlıq qoyduqlarına görə məhkəməyə veriblər. Bu barədə Sputnik Azərbaycan "Yeni Safak" nəşrinə istinadən xəbər verir.

"Qəzetdə prezidentimizə qarşı istifadə edilən ifadələr mənəviyyatın ən iyrənc şəkildə enməsini nümayiş etdirir. Yunan cəmiyyətinin susqunluğuna baxsanız, bu enişin onun marginal təbəqələrinin hüdudlarından kənara çıxdığı aydın olur", - deyə məhkəməyə təqdim olunan iddia ərizəsində bildirilir.

Həmçinin qeyd olunur ki, təhqir – digər sözləri tapmayanların dilidir və haqqında danışılan yox, onu səsləndirənlərin özü üçün rüsvayçılıqdır.

Qeyd edək ki, sentyabrın 18-də Yunanıstanın "Demokratiya" qəzeti ilk sərlövhəsində türk dilində Ərdoğana müraciət yer alıb. Türk dilini bilməyən oxucular üçün isə redaksiya aşağı hissədə sözün ingiliscə tərcüməsini verib.

Cümə günü Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, məqalə ilə bağlı Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos Deamessis XİN-ə çağırılıb.

11
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan
Əlaqədar
Putinlə Ərdoğan Suriya və Liviyanı müzakirə ediblər
Ərdoğan Ermənistanın təcavüzünün qarşısını almayan ölkələri riyakar adlandırdı
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"

16
(Yenilənib 23:33 21.09.2020)
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıb.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Nazir sosial şəbəkə hesabından yazıb:

"Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

16
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0