Koronavirus Qafqazdakı qonşularımızı da əziyyətə salıb

© AFP 2023 / SPENCER PLATTМедицинские работники принимают пациентов с коронавирусом
Медицинские работники принимают пациентов с коронавирусом - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda bir gündə koronavirusa yoluxanların sayı 199, Gürcüstanda isə 44 nəfər artıb. Gürcüstanda indiyədək 19 nəfər dünyasını dəyişib

BAKI, 9 sentyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 45 152-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 199 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 905-ə çatıb. Xəstəlikdən sağalanların sayı 41 023 nəfər olub. Hazırda bu ölkədə 2945 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə sutka ərzində 44 nəfərdə yoluxma aşkarlanıb. Sputnik Gürcüstan-ın məlumatına görə, ölkədə yoluxanların ümumi sayı 1773 olub. Eyni zamanda bir gündə 4 nəfər xəstəxanadan evə buraxılıb. Hazırda 5882 nəfər karantində, 390 nəfər həkim nəzarətində saxlanılır. İndiyədək Gürcüstanda 19 nəfər COVID-19-dan dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27,5 milyonu keçib, 883 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0