Koronavirus testi üçün burundan götürülən yaxma, arxiv şəkli

Xəstələrin sayı durmadan artır

21
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 327 min 793 nəfərə çatıb

BAKI, 9 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 27 579 437-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 897 614 nəfər vəfat edib, 18 537 393 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 327 min 793 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 032 354 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

21
Teqlər:
Rusiya, ABŞ, dünya, xəstəlik, xəstə, pandemiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (518)
Əlaqədar
Ərdoğandan əhaliyə maraqlı qadağa
"Sputnik V" peyvəndi mülki dövriyyəyə buraxılıb
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
Ağır COVID-19 xəstələri üçün yeni avadanlıqlar gətirildi
Rusiya koronavirusla mübarizədə ən çox MDB ölkələrinə dəstək verib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

10
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

10
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Vitaminlər, arxiv şəkli

B2 vitamini hansı problemlərə səbəb olur?

7
Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

BAKI, 29 noyabr — Sputnik. Perdana Universitetinin mütəxəssisləri B2 vitamini çatışmazlığını təhlükəsi barədə danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər, vitamin B2 və ya riboflavinin antioksidan xüsusiyyətlərə sahib olduğunu, sərbəst radikalları təsirsiz hala gətirə bilmə qabiliyyətinə malik olduğunu və bəzi xəstəliklərin yaratdığı oksidləşmə zərərini azalda bildiyini qeyd edib. 

Yüksək səviyyədə sərbəst radikallar hüceyrələrə və toxumalara zərər verə bilər. Bu isə sonradan xərçəng, ürək-damar xəstəlikləri, diabet və Alzheimer xəstəliyi riskini artırır.

Eyni zamanda riboflavinin çatışmazlığı artan oksidləşdirici stres ilə əlaqədardır. Bu da hematopoetik sistemin funksiyaların pisləşməsinə, anemiya və eritroid hipoplaziyasına səbəb ola bilər.

Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

Bununla yanaşı mütəxəssislər bu maddənin orqanizm üçün lazımlı miqdarda olmamasının miqrenə, saç tökülməsinə, katarakta səbəb olduğunu qeyd edib.

7