Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya şöhrətli rejissor vəfat edib

© © Valerie Macon / Getty Images / AFPИржи Менцель, фото из архива
Иржи Менцель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Irji Menstel 1960-cı ildə Akademiyanın 3-cü kursunda "Panel Evləri" qısametrajlı filmi ilə debüt edib.

BAKI, 8 sentyabr — Sputnik. Çexiyalı rejissor İrji Mentsel 83 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rejissorun həyat yoldaşı Olqa Mentselova bildirib.

Onun sözlərinə görə, kinematoqraf şənbə günü ailəsinin yanında vəfat edib. İ.Mentsel 2017-ci ilin noyabrında xəstəxanaya yerləşdirilib. Buna səbəb onda aşkarlanan meninqokokkal infeksiya olub. O, ağır beyin əməliyyatı keçirib və bir müddət süni komada qalıb. Rejissorun reabilitasiyası, demək olar, 1 il çəkib. İ.Mentsel xəstəxanadan buraxılandan sonra əlil arabasında hərəkət edib.

Qeyd edək ki, rejissor 1960-cı ildə Akademiyanın 3-cü kursunda "Panel Evləri" qısametrajlı filmi ilə debüt edib. İrji Mentselin "Qatarlar ciddi müşahidə altındadır" filmi 1968-ci ildə xarici dildə çəkilmiş ən yaxşı film olaraq "Oskar" mükafatına layiq görülüb. Çexiyada normallaşma dövründə Mentselin bir çox filmləri qadağan olub. Yalnız 1990-cı ildən sonra rejissorun filmləri ekran üzü görüb. "Kənar dəyişikliklər", "Kəsir", "Tamaşaçı" "Don Juan" adlı filmlərin rejissoru olan rejissor. eyni zamanda aktyor və ssenari müəllifi kimi də fəaliyyət göstərib.

Xəbər lenti
0