Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan əhaliyə maraqlı qadağa

2148
(Yenilənib 21:54 07.09.2020)
Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, ölkədə koronavirus pandemiyası ikinci dalğaya çatıb

 

BAKI, 7 sentyabr — Sputnik. Koronavirusa yoluxma faktları artdığından Türkiyədə avtobusda ayaqüstə getmək qadağan olunur. Sputnik Azərbaycan bildirir ki, bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, ölkədə koronavirus pandemiyası ikinci dalğaya çatıb. May ayından bəri koornavirusa yoluxma və COVID-19-dan ölüm sayı son günlər ərzində bir neçə dəfə artıb.

“Biz COVID-19-a yoluxma hallarının artdığını görürük. Buna görə pandemiya əleyhinə tədbirlər gücləndirilir. Avtobuslarda ayaqüstə getmək qəti şəkildə qadağan olunur”, - Ankarada çıxış edən Türkiyə lideri bildirib. 

O əlavə edib ki, maska taxmayıb, sosial məsafəyə riayət etməyənlər mütləq qaydada cərimə olunacaqlar.

 

2148
Mövzu:
Dünyanı cənginə almış bəla (479)
Əlaqədar
Daxili işlər naziri sosial şəbəkədə vətəndaşdan üzr istədi
Türkiyənin sabiq baş naziri koronavirusa yoluxdu
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"
TRT kanalının müxbirinin canlı yayım zamanı halı qəfil pisləşib
NATO-nun baş katibi Yens Stoltenberq

NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə Yunanıstan yaxşı irəliləyiş əldə edib"

16
Toplantıların hərbi texniki danışıqlar olduğunu vurğulayan Stoltenberq bunların anlaşmazlıqlarla bağlı Almaniyanın həyata keçirdiyi diplomatik səyləri tamamladığını qeyd edib.

 

BAKI, 23 sentyabr — Sputnik. Türkiyə və Yunanıstan arasında Aralıq dənizinin şərq hissəsində durumla bağlı texniki görüşmələrdə "yaxşı bir irəliləyiş" əldə olunub. Sputnik Türkiyə xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniya Baş naziri Pedro Sancezlə görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.

Stoltenberq xatırladıb ki, Türkiyə ilə Yunanıstan ayırma üsullarının yaradılması, havada və dənizdə istənilməyən hadisələrin və qəzaların qarşısının alınması üçün bu günə qədər bir neçə toplantı keçirib: "Bu toplantılar davam edir. Yaxşı bir irəliləyiş əldə olunub".

Toplantıların hərbi texniki danışıqlar olduğunu vurğulayan Stoltenberq bunların anlaşmazlıqlarla bağlı Almaniyanın həyata keçirdiyi diplomatik səyləri tamamladığını qeyd edib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

16
Əlaqədar
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Politoloq: "Türkiyə-Yunanıstan münaqişəsi qərbin maraqlarına uyğun deyil"
Səmada Türkiyə və Yunanıstan təyyarələri arasında insident - VİDEO
Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Ukrayna prezidenti Putinlə olan əlaqələrindən danışdı

6
(Yenilənib 16:52 23.09.2020)
Zelenski: "Rusiya Prezidenti ilə kommunikasiya məhduddur, lakin predmetlidir. Perfeksionist olaraq mən bizim dialoqumuzdan daha böyük effektivlik istəyərdim".

 

BAKI, 23 sentyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri məhduddur, lakin predmetlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Prezidenti Slovakiyanın "Hospodárske" nəşrinə müsahibəsində bildirib.

"Bizim Prezident Putinlə müxtəlif formatlarda ünsiyyətimiz var – bu həm Normand dördtərəfli formatı və ikitərəfli formatdır: ehtiyac olarsa isə biz birbaşa danışırıq. Bu nəyinki yalnız Ukrayna, həm də bütün Avropa üçün əhəmiyyətli, vacib qərarlar tapmağa imkan verir. Rusiya Prezidenti ilə kommunikasiya məhduddur, lakin predmetlidir. Perfeksionist olaraq mən bizim dialoqumuzdan daha böyük effektivlik istəyərdim", - deyə Zelenski qeyd edib.

6
Əlaqədar
Zelenski Putinə zəng edib
 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin

Rusiya Dumasının sədri Azərbaycana gələcək

0
(Yenilənib 18:27 23.09.2020)
Səfər çərçivəsində yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşma imzalanacaq.

BAKI, 23 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Bu barədə RF Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Cərşənbə günü Moskvada Azərbaycan parlamentinin nümayəndə heyətinin rusiyalı deputatlarla görüşü baş tutub. Tərəflər parlamentlərarası əməkdaşlığı, beynəlxalq parlamentlərarası qurumlarda qarşılıqlı fəaliyyəti və milli qanunvericiliklərin uyğunlaşdırılmasını müzakirə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Volodini Azərbaycana səfərə dəvət edib. Səfərin tarixi hələ məlum deyil.

"Mütləq həmkarlarımla gələcəyik. Həm də bizdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşmanın hazırlığı faktiki olaraq yekun mərhələdədir. Saziş imzalandıqdan sonra biz sadəcə xalqlarımız, ölkələrimiz arasında münasibətlərin inkişafını müzakirə etməyəcəyik, həm də bizim parlamentarilərimizi parlament müstəvisi çərçivəsində əsas problemlərin həllində birləşdirəcək komissiyanın gündəliyi çərçivəsində konkret məsələlərin həlli ilə məşğul ola biləcəyik", - Dövlət Dumasının spikeri deyib.

Volodinin Azərbaycana səfəri zamanı tərəflər RF Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırırlar. Sənədlə məşğul olmaq üçün daimi fəaliyyət göstərən yüksək səviyyəli komissiyanın təsis olunması nəzərdə tutulur.

Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Moskvada səfərdədir. Milli Məclisin sədri Sahibə Qafarova artıq RF Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və RF xarici işlər naziri Sergey Lavrovla görüşüb.

0
Əlaqədar
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"