Milçək, arxiv şəkli

Kişi milçəyə görə evini partlatdı

1062
(Yenilənib 00:01 08.09.2020)
Təqaüdçünün evindəki qaz balonunun nasazlığı üzündən qaz sızması baş verib və milçəktutanın yaratdığı qığılcım partlayışa səbəb olub.

BAKI, 7 sentyabr — Sputnik. Fransalı təqaüdçü milçəyi öldürmək istəyərkən təsadüfən evinin bir hissəsini partladıb.

Sputnik Azərbaycan "Sud Ouest" nəşrinə istinadən xəbər verir ki, Dordon departamentinin Parkul-Şeno kommunasının 82 yaşlı sakini həşəratı elektrik milçəktutanla öldürməyə cəhd edib.

Qəzetin məlumatına görə, təqaüdçünün evindəki qaz balonunun nasazlığı üzündən qaz sızması baş verib və milçəktutanın yaratdığı qığılcım partlayışa səbəb olub.

Kişinin əli yüngül yanıb, lakin tavanın çökməsi səbəbindən onun evi artıq yaşayış üçün yararsızdır.

1062
Teqlər:
partlayış, milçək
Pasportda viza, arxiv şəkli

Azərbaycan Türkiyəyə səyahət barədə yeni qərar veriləcək

17
(Yenilənib 12:08 28.01.2021)
Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı olaraq vizadan azad etmə ilə bağlı yeni sənəd təsdiq ediləcək

BAKI, 28 yanvar — Sputnik. Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.

17
Teqlər:
səyahət, Türkiyә, Azərbaycan, pasport
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda paradda, arxiv şəkli

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır Gündəmdə Qarabağ da var

18
(Yenilənib 11:24 28.01.2021)
Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.

 

BAKI, 28 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da başlayacaq iclas 2021-ci ildə ilk dəfə keçiriləcək.

İclas zamanı Aralıq dənizinin şərqindəki vəziyyət, həmçinin bu regionda gərginliyi azaltmaq üçün Yunanıstanla başladılan danışıqlar, terrorçularla mübarizə məsələsi müzakirə olunacaq.

Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.

18
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, iclas, Təhlükəsizlik Şurası, Qarabag, Azərbaycan, Türkiyә
20 Yanvar dairəsi, arxiv şəkli

Yeni yol hərəkəti qaydaları: kimə faydası olacaq?

0
(Yenilənib 12:35 28.01.2021)
Yeni yol hərəkəti qaydalarının yollardakı vəziyyətə necə təsir edəcəyi barədə sualları yanvarın 29-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Elməddin Muradlı cavablandıracaq.

BAKI, 28 yanvar — Sputnik. Son günlər ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri də "Yol hərəkəti haqda" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdir. Güman edilir ki, yaxın vaxtlarda bu dəyişiklikləri Milli Məclis müzakirə edəcək.

Dəyişikliklərdən birinə görə, qəza yerini tərk edən sürücü, əgər sağlamlığa heç bir xətər yetirilməyibsə, məsuliyyətə cəlb olunmayacaq. Digər təklifə görə, avtoxuliqanlığa görə cərimə azaldılır, qanunsuz parklanmaya görə qaydalar da dəyişir və s.

Bu yeniliklərin yollardakı vəziyyətə necə təsir edəcəyi barədə sualları yanvarın 29-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında nəqliyyat məsələləri üzrə məşhur ekspert, Avtosfer.az informasiya portalının baş redaktoru, Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri Elməddin Muradlı cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0
Teqlər:
müzakirə, ekspert, dəyişiklik, qanun, yol hərəkəti qaydaları, yol hərəkəti