Türkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu, arxiv şəkli

Daxili işlər naziri sosial şəbəkədə vətəndaşdan üzr istədi

87
(Yenilənib 12:15 06.09.2020)
Yerli sakinlərdən biri sosial şəbəkədə "Biabırçılığa bax. Nazir gəlir deyə, yol iki saat bağlı qalıb" kimi status yazıb. 

BAKI, 6 sentyabr - Sputnik. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Girəsuna - sel fəlakəti baş vermiş əraziyə getməsi yerli sakinlərin narazılığına səbəb olub. Oxu. az xəbər verir ki, səbəb nazirin gəlişinə görə yolun bağlanması olub. 

Belə ki, yerli sakinlərdən biri sosial şəbəkədə "Biabırçılığa bax. Nazir gəlir deyə, yol iki saat bağlı qalıb" kimi status yazıb. 

Süleyman Soylu həmin statusu cavabsız qoymayıb:

"Üzr istəyirəm. Gəliş-gedişim cəmi yarım saat oldu. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə bir daha üzr istəyirəm". 

87
Neft konteynerləri, arxiv şəkli

"Qara qızıl"dan şad xəbər

8
(Yenilənib 10:29 25.09.2020)
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

BAKI, 25 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 40,38 dollara çatıb.

8
Teqlər:
Nyu-Yorkun NYMEX əmtəə birjası, Nyu-Yorkun NYMEX birjası, neft, "Brent" markalı neft, Brent, Londonun ICE birjası, London
Stilist Anar Ağakişiyev, arxiv şəkli

Stilist Anarın dəyişdiyi türkiyəli məşhur özünə bənzəmədi

17
(Yenilənib 00:59 25.09.2020)
Stilist Anar Türkiyənin "diva"sı Bülənt Ərsoyu dəyişdirdi və sosial şəbəkədə kəskin müzakirələrə səbəb oldu.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Stilist Anar Ağakişiyev bu dəfə Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, stilist bu dəyişimi özünün "Facebook" səhifəsində paylaşıb. Anar Ağakişiyevin əl işi insanların geniş müzakirəsinə səbəb olub.

Qeyd edək ki, Anar Ağakişiyev ölkənin ən məşhur müğənni və aktrisalarının imicini dəyişib. O, bundan başqa Before/after layihəsi vasitəsi ilə simasında qüsur olan qadınların da imicini dəyişib. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin "Core time" qrupunda müsabiqə iştirakçıları ilə çalışıb. Stilist bundan əlavə, bir çox düya ulduzlarının imicini dəyişib.

17
Əlaqədar
Günay İbrahimli Bülənt Ərsoyla fotosunu paylaşdı
Bülənt Ərsoydan niyə qorxurlar?

Ermənistan atəşkəs rejimini pozmağı intensivləşdirib

0
(Yenilənib 10:44 25.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.

BAKI, 25 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0
Əlaqədar
Atəşkəs rejimi 27 dəfə pozulub
Bu günlərdə də dinc durmurlar – Cəbhədə atəşkəs 30 dəfə pozulub
Cəbhədə gərgin gecə: atəşkəs 69 dəfə pozuldu