BAKI, 5 sentyabr — Sputnik. "Sərxoş" alman eşşəkarılarının təhlükəli növü heç bir səbəb olmadan Böyük Britaniyaya hücuma keçib. Bu barədə Sputnik Azərbaycan "Daily Star" nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, eşşəkarıları isti və quru yay mövsümü fonunda daha da sürətlə yayılır. Bu ölkədə yetişmiş meyvələrin çoxluğu onların populyasiyasını daha da artırır. Yetişmiş, bir qədər də qıcqırmış meyvənin çoxluğu ilə bağlı arılar daha da aqressivləşir və səbəbsiz arıvurmalarının sayı artır.
Təhlükəli eşşəkarılarının sayının 200 milyarda yaxın olduğu bildirilir. Qeyd olunur ki, ümumilikdə regionda 250 milyard adi eşşəkarısı yaşayır.
Həşəratlarla mübarizə üzrə şirkətin rəhbəri Pol Beyts qeyd edib ki, hazırda bu növ həşəratların pik vaxtıdır. Belə ki, ana arılar yumurtalarını artıq qoyublar və ona görə də onlara qulluq edən digər arılar pətəyi tərk edirlər.
Mütəxəssis Böyük Britaniya sakinlərini təbiət qoynunda olarkən diqqətli olmağa da çağırıb.
BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.
“Report” lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.
Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.
Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
BAKI, 23 yanvar — Sputnik. "Məşğulluq haqqında" qanuna dəyişiklik edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sosial müdafiəyə ehtiyacı olan bir qrup insanlar üçün "Məşğulluq haqqında" qanunda 5 faizlik kvota müəyyənləşdirilib: "Yəni, onlar birinci növbədə işlə təmin edilməlidirlər. Bu dəyişikliklə həmin kateqoriyaya şəhid ailələrinin üzvləri də daxil edilir. Qanunun 4 maddəsinə ediləcək dəyişikliklər şəhid ailələrinin həm işə götürülməsi, həm peşə hazırlığı, həm özünəməşğulluq tədbirlərinə, həm də haqqı ödənilən ictimai və sosial işlərə cəlb olunmasında üstünlük yaradan məsələdir. Bu dəyişikliklər dövlətimizin şəhid ailələrinə diqqətinin daha bir nümunəsidir".
"Məşğulluq haqqında" qanuna dəyişiklik birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.