BAKI, 5 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 26 610 865-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 874 379 nəfər vəfat edib, 17 717 911 xəstə isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 201 min 707 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 011 987 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 25 yanvar — Sputnik. Moskvada məşhur komik və aktyor, "Stand up Show"nun (Comedy Club) iştirakçısı Aleksandr Şalyapinin meyiti tapılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, onun özünə qəsd etdiyi bildirilir.
Qeyd olunur ki, Şalyapinin meyitini həyat yoldaşı tapıb. Qadın evə təcili yardım çağırıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Şalyapinin 41 yaşı olub. O, "Bumer: İkinci film", "Univer. Novaya obşaqa" (Univer: Yeni yataqxana), "Qadınlar kişilərə qarşı", "Ağır qum" (serial) kimi ekran işlərində rol alıb.
BAKI, 25 yanvar — Sputnik. Rusiyanın "Vektor" mərkəzi koronavirusun Britaniya ştammının fotosunu yayıb.
Sputnik Azərbaycan bildirir ki, şəkil "Rospotrebnadzor"un saytında yayımlanıb.
Ştammın şəklini virusun yeni variantının tədqiqatı çərçivəsində mikroskop vasitəsilə çəkiblər. Alimlər laboratoriya heyvanlarından istifadə edərək virusun struktur xüsusiyyətlərini, eləcə də hüceyrələrdə, eksperimental modellərdə təzahürlərini öyrənirlər.
Qurumdan bildiriblər ki, hazırlanmış PZR testləri variant virusunu mutasiyaya uğramamış virusdan fərqləndirə bilir. Həmçinin "Rospotrebnadzor"un məlumatına görə, COVID-19-un yeni mutasiyaları "EpiVakKorona" vaksininin effektivliyinə təsir etmir.
Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 25 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Astara Rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Toğrul Əhədzadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb: “Onun üzərinə baxış keçirilən zaman üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə baxış aparılarkən oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkar edilib".
T.Əhədzadə həmçinin qeyd edib ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İmran Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.